Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4778/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 69, İSR Plaza, mərtəbə 9; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X3, X9, X4 Şəxs MMC-də xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X14 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən guya X3, X9, X4 Şəxs MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Halbuki, göstərilənlərdən heç biri həqiqəti əks etdirmir. Belə ki, DƏMX tərəfindən inzibati qaydada tərtib edilmiş inzibati xəta haqqında protokol Şəxs MMC-nin heç bir nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, habelə protokol MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmçinin Şəxs MMC hüquqi şəxs qismində, onun direktoru isə vəzifəli şəxs qismində inzibati qaydada inzibati tənbeh edilmişdir. Halbuki, bu halın baş verməsi AR İXM-nin ədalətlilik prinsipini pozmuşdur. Bununla belə, X3, X9 və X5 Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı aşkar edilməmişdir. Belə ki, X3, X9 və X5 fərdi sahibkar olaraq VÖEN əsasında şirkətlə podrat müqaviləsi bağlayaraq MMC-yə xidmət göstərmişlər. Buradan aydın görünür ki, tərəflər arasındakı münasibətlər qeyri-rəsmi deyil, Mülki Məcəlləyə əsasən podrat müqaviləsi ilə rəsmiləşdiyi üçün mövcud vəziyyət AR İXM-nin 192.1-ci maddəsinin predmetinə uyğun deyil və bu səbəbdən də həmin maddə tətbiq edilə bilməz. Belə ki, Şəxs MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3, X9 və X5 (VÖEN əsasında) aralarındakı müqavilə podrat müqaviləsi və əldə etdikləri gəlirlə bağlı özləri vergi ödəyiciləri olmuşlar. Əlavə olaraq qeyd etmək lazımdır ki, Şəxs MMC tərəfindən “Ərazidən sonrakı ixrac prosesindən əvvəl Azərbaycan Respublikasında daxili emal rejimində “Neptun” qazma gəmisində təmir və texniki xidmət işləri ilə əlaqədar xidmətlərin göstərilməsi” haqqında “S.O.V. X17 Company 1 Limited” ilə KF-LE-CSC-015-A0-SOV saylı müqavilə bağlanmışdır. Həmin xidmətlərin icrası ilə bağlı “roastabout” işlərinin görülməsi şirkətin fəaliyyət istiqaməti olmadığı üçün subpodraçıların cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, həmin müqavilənin 2 nömrəli Əlavəsində UWİLD yoxlamaları üçün tələb olunan materialların qazma gəmiyə daşınması işləri ilə bağlı, həmçinin Xidmətlərin Əhatə dairəsində UWİLD yoxlamaları zamanı hesab edilə biləcək digər xidmətlərin: “Stand borularının əsaslı təmiri”ni həyata keçirilməsi işləri şirkətin birbaşa həyata keçirdiyi xidmətlər sahəsində olmadığı üçün fərdi sahibkar olaraq xidmət göstərən X3, X9 və X5 VÖEN-lərini təqdim edərək həmin işlərin göstərilməsi ilə bağlı podrat müqaviləsi bağlayaraq icra etməyi öhdələrinə götürmüşlər. Belə ki, UWİLD yoxlamaları zamanı hesab edilə biləcək digər xidmətlərin: “Stand borularının əsaslı təmiri” ilə bağlı həmin boruların əl alətləri vasitəsi ilə palçıq və pasdan təmizlənməsi işlərini görməyi öhdələrinə götürmüşlər. Lakin sonradan X1 diqqətsizliyi nəticəsində işlətdiyi əl aləti əlində büdrəyərək ayağını cızmış və bundan sonra xidmət göstərməyi birtərəfli qaydada dayandıraraq ona kompensasiya ödənilməsini və əgər heç bir kompensasiya ödənilməzsə, aidiyyəti orqanlara şikayət edəcəyi ilə bağlı “Whatsapp” proqramı vasitəsi ilə hədə dolu səsləri şirkətin İnsan Resursları üzrə meneceri Xalide Heydərovaya bildirmişdir. Şirkətin antikorrupsiya siyasətinə və etik davranış qaydalarına uyğun olaraq belə şəxslərə pul ödənilməsi qeyri-mümkündür. İnsan Resursları üzrə menecer ona pul məbləğinin ödənilməsinin qeyri-mümkün olduğunu və yalnız müalicə xərclərinin şirkətin ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Salman və digərləri şirkətə xidmət göstərməyi birtərəfli qaydada dayandıraraq Şəxs MMC-ni DƏMX-ə şikayət etmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, X3, X9, X4 Şəxs MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Həmçinin təmir işlərində işləmək üçün xüsusi sertifikat olmalıdır, lakin öz işçilərinin müvafiq sertifikatı olmadığından Şəxs MMC onları həmin işlərə cəlb etmişdir. Həmin şəxslərin əsas işi metal-konstruksiya işləridir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş SOV X13 Company Limited və Şəxs MMC arasında bağlanmış 11 dekabr 2022-ci il tarixli, KF-LE-CSC-015-A0-SOV saylı Şəxs MMC tərəfindən “Ərazidən sonrakı ixrac prosesindən əvvəl Azərbaycan Respublikasında daxili emal rejimində “Neptun” qazma gəmisində təmir və texniki xidmət işləri ilə əlaqədar xidmətlərin göstərilməsi” haqqında müqavilədən görünür ki, Şəxs MMC “Neptun” qazma gəmisində təmir və texniki xidmət işləri ilə əlaqədar xidmətlərin göstərilməsini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KS-SA-2023-014 saylı podrat müqaviləsindən görünür ki, podratçı, şirkət tərəfindən tələb olunduğu vaxt və bu müqavilənin 1 nömrəli əlavəsində göstərildiyi kimi xidmətlər təqdim etməyi və öz xidmətlərini burada göstərilən şərtlərə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür. İş materiallarında olan Şəxs MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KS-SA-2023-013 saylı podrat müqaviləsindən görünür ki, podratçı, şirkət tərəfindən tələb olunduğu vaxt və bu müqavilənin 1 nömrəli əlavəsində göstərildiyi kimi xidmətlər təqdim etməyi və öz xidmətlərini burada göstərilən şərtlərə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür. İş materiallarında olan olan Şəxs MMC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KS-SA-2023-009 saylı podrat müqaviləsindən görünür ki, podratçı, şirkət tərəfindən tələb olunduğu vaxt və bu müqavilənin 1 nömrəli əlavəsində göstərildiyi kimi xidmətlər təqdim etməyi və öz xidmətlərini burada göstərilən şərtlərə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X3, X9, X4 ilə Şəxs MMC ilə arasında podrat müqavilələri bağlanmışdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, həmçinin, protokolla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, protokol tərtib edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndinə əsasən həmin Məcəllə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Göründüyü kimi, X3, X9, X4 ilə "xxxx" MMC arasında yaranmış hüquq münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənmir. Bu münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə, yəni mülki qanunvericiliklə tənzimlənir. Məhz buna görə də, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol Şəxs MMC-nin X1, X6, X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi qənaətinə gəlinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, hüquqi şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4778/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4778/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver