Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4779/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin direktoru iş üzrə icraat aparılan hüquqi şəxsin X6 və nümayəndələri: 15 saylı Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1si: X14, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən X21 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən 2023-cü ilin iyun ayına qədər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X14 izahatında bildirdi ki, o, Amirə Cəlili 2003-cü ildən tanıyır. Belə ki, o, 2003-cü ildən 2006-cı ilə qədər Amirənin rəhbəri olduğu "xxxx" MMC-də işləmiş, sonradan münasibətləri pisləşdiyi üçün oradan ayrılaraq özü müstəqil işləməyə başlayaraq hazırki şirkətini açmışdır. Bir neçə ildən sonra A.Cəlil ilə münasibəti düzəlmiş, sonuncu da 2022-ci ilin dekabr ayında onun ünvan 2 ünvanda yerləşən ofisinə gələrək daşınmaz əmlakın alqısatqısı ilə məşğul olmaq istədiyini deyib bu işin təşkilində ona köməklik göstərilməsini xahiş etmiş və buna görə ona öz ofisində yer verilməsini istəmişdir. O da tanışlığı nəzərə alıb buna etiraz etməmiş və ofisdə ona yer ayırmışdır. A.Cəlil də vaxtaşırı ofisə gəlibgedərək işçilərdən məsləhətlər almış, öz müştərilərini qəbul etmişdir. Həmçinin, onun tətbiq etdiyi qaydalara uyğun olaraq işçiləri kimi də o, qeydiyyat kitabına qol çəkirdi. Həmin ərəfələrdə A.Cəlilin xahişi ilə ona bir neçə dəfə maddi köməklik göstərmiş, kartına pul göndərmişdir. Lakin, bir müddətdən sonra məlum olmuşdur ki, A.Cəlil özünü işçilərə onun yaxını kimi təqdim etməklə sərbəst hərəkətlər edir, şirkətin müştərilərini ələ keçirməyə çalışır və hətta özbaşına olaraq onlarla MMC-nin adından danışıqlar aparır, beh sövdələşmələri edir. Bunu bildikdən sonra mədəni şəkildə onu oradan uzaqlaşdırmaqdan ötrü ona bildirmişdir ki, mütəmadi olaraq ofisə gəlib-getməyə ehtiyac yoxdur, ancaq zərurət olduğu təqdirdə bu edə bilər. Bununla belə, A.Cəlil ofisə gəlməyi davam etdirmiş, o da buna əvvəlcə etiraz etmiş və sonda məcbur qalıb cari ilin may ayının sonunda ofisin yerini dəyişmişdir. Bundan sonra A.Cəlil dəfələrlə ona zəng edib işləməsi üçün ona yer verməsini xahiş etsə də, o bundan imtina edərək özünə digər yer tapmağı məsləhət bilmişdir. Buna cavab olaraq A.Cəlil onu hədələməyə başlamış, guya ona işində köməklik edib hansısa qazanc gətirdiyini bildirib ondan pul tələb etmiş, hədə-qorxu mesajları yazmışdır. O da onun tələblərinin əsassız olduğunu, onun işçisi olmadığını, onun qarşısında heç bir öhdəlik daşımadığını demişdir. Sonra ona məlum olmuşdur ki, bu ona rəqib olan şirkət tərəfindən quraşdırılmış oyundur, A.Cəlil də buna görə ofisə gəlib-gedirdi. A.Cəlilin X12nə müraciətindən sonra məlum olmuşdur ki, o, şirkətin əvvəlki ofisinə gəlibgedərkən naməlum şəraitdə oradan işçilərin qeydiyyat jurnalınının bir çox vərəqlərini cırıb götürmüş, saxta yolla öz imzalarını həmin vərəqlərə atıb guya ofis müdiri olması barədə müraciətinə əlavə etmişdir. Bütün bu faktları həmin vaxtdan indiyə qədər Şəxs MMC-də çalışan işçilər də təsdiq edə bilərlər. Onu da qeyd edir ki, şirkət qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir, onun 09 işçisi var və onların hər biri əmək müqaviləsi bağlanılıb. Şirkət vaxtı-vaxtında vergi orqanına hesabatlarını təqdim edir, işçilərlə bağlı zəruri statistik məlumatları aidiyyəti üzrə verir. Belə olduğu halda əgər o, X15 həqiqətən də işə cəlb edibsə, o zaman da digər işçilər kimi də onunla əmək müqaviləsi bağlayardı. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nın nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, MMC-nin direktoru X14 əvvəllər X10 işçisi olmuş, daha sonra oradan ayırlıb özünə şirkət yaratmışdır. Şəxs MMC-nin direktoru olduğu müddət ərzində əvvəllər aralarında olan münasibətə görə A.Cəlilə sonuncunun xahişi ilə ofisində ayrıca bir yer vermişdir ki, sonuncu həm öz müştərilərini orada qəbul edə bilsin, həm də işçilərdən məsləhətlər alsın. Lakin, bir müddət sonra bu şəxs şirkətin işinə müdaxilə etməyə başlamış, icazə olmadan müştərilərlə əlaqə saxlamış, hətta şirkətin blanklarından istifadə edərək beh müqavilələri bağlamışdır. MMC-nin direktoru da bunu bildikdən sonra onu sakitcə oradan uzaqlaşdırmağa çalışmış, habelə onun ucbatından ofisin yerini də dəyişmişdir. A.Cəlil şirkətin işlərini yerinə yetirməyə cəlb olunmamışdır. X12 tərəfindən araşdırma formal aparılmış, şahidlər müəyyən edilib dindirilmədən və digər dəlillər olmadan əsasız olaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə protokol tərtib olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, cari ilin yanvar ayından Şəxs MMC-də ofis meneceri vəzifəsinə işə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanılmışdır. Amirə Cəlili şirkətin ofisində görmüş, sonuncu özünü şirkətin rəhbərinin yaxını kimi təqdim etsə də, ofisin müdiri olmamış və şirkətin fəaliyyəti ilə bağlı heç bir işi yerinə yetirməmişdir. Sadəcə olaraq öz işi ilə əlaqədar müştərilərini qəbul etmiş və bəzən onlardan da məsləhətlər almışdır. Məhkəmədə şahid X16 izahatında bildirdi ki, 2022-ci ilin sentyabr ayından Şəxs MMC-də əmək müqaviləsi əsasında ofis meneceri kimi fəaliyyətə başlamış, ondan başqa orada 8 nəfər işçi çalışmışdır. X15 direktorun tanışı kimi ofisə gəlib-gedən və öz fəaliyyəti ilə bağlı işlərini görən şəxs kimi tanımış, onun şirkətin fəaliyyətinə heç bir aidiyyəti olmamışdır. Bununla belə, A.Cəlil bir müddət sonra onların da işinə qarışıb müştəriləri ilə maraqlanmış, bəziləri ilə özbaşına razılaşmalar əldə edib müqavilələr bağlamışdır. Buna görə də şirkətin işçiləri məsələ barədə direktora məlumat vermiş, bundan sonra rəhbərlik onu oradan uzaqlaşdırmış, hətta ofisin yerini dəyişmişdir. Məhkəmədə şahid X19 izahatında göstərdi ki, o, 2022-ci ilin sentyabr ayından Şəxs MMC-də əmək müqaviləsi üzrə ofis meneceri kimi işləyir. Amirə Cəlil direktorun tanışı kimi ofisə gəlib-getmiş, ona ayrılmış yerdə öz müştərilərini qəbul etmiş, hətta bəzən ondan da məsləhət almışdır. Lakin, bir müddət sonra o, şirkətin müştəriləri ilə maraqlanmağa başlayıb onların işinə müdaxilə etdiyi üçün onlar direktora məlumat vermişlər. Direktor da ona ofisə gəlməməyi söyləmişdir. Bununla belə, o bir müddət ora yenə gəlmiş və nəticədə müdir ofisin yerini dəyişmişdir. A.Cəlil ofisin müdiri olmamış, ümumiyyətlə o şirkətin işlərini yerinə yetirməmişdir. İş materiallarında olan: • X21 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunur ki, o, Şəxs MMC-nin direktoru X14 tərəfindən kobud formada aldanılmışdır. İşlədiyi müddət ərzində onunla əmək müqaviləsi bağlanılmamış və müxtəlif bəhanələrlə qazandığı pullardan 25%-i verilməmiş, ona qarşı dələduzluq olunmuş, telefonlarına cavab verilməmiş, sonradan cavab verilsə də, vədə əməl edilməmişdir. 06 dekabr 2022-ci il tarixdən Şəxs MMC-nin direktoru X14 tərəfindən ünvan 2 ünvanda yerləşən filiala müdir vəzifəsinə təyin olunmuşdur. O, orada çalışmağa başlamış, satılan evlərdən və obyektlərdən şirkətə 182.645,00 manat gəlir gətirmişdir. R.Kərimov ona bildirmişdir ki, əvvəlcədən hər ay ona 500 manat verəcək. Gördüyü işlərlə bağlı 25%-in ona çatacağı ilə bağlı aralarında danışıq olmuşdur. Lakin, bununla bağlı ona heç bir ödəniş edilməmişdir. R.Kərimovdan pullarını istədikdə sonuncu ona yalandan vədlər versə də, bugünə kimi heç bir ödəniş etməmişdir; • X21 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatda qeyd olunur ki, o, 2022-ci ilin dekabr ayının 06-dan 2023-cü ilin iyun ayınadək Şəxs MMCofis müdiri kimi işləmişdir. Şirkətlə əmək müqaviləsi imzalanmamışdır. Ona əmək haqqı nağd şəkildə ödənilmişdir. Ona 45.661 manat əmək haqqı ödənilməmişdir. Bunu təsdiq edəcək giriş-çıxış qeydiyyat vərəqələri mövcuddur. Həmin qeydiyyat vərəqələri müəssisənin möhürü və işəgötürənin imzası ilə təsdiq edilməmiş, Şəxs MMC-nin direktoru və təsisçisi X14 tərəfindən tərtib edilib ona göndərilmişdir; • Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 13 saylı məktubda qeyd olunmuşdur ki, vətəndaş X21 heç vaxt Şəxs MMC-də işləməmiş və bu səbəbdən də onunla əmək müqaviləsi və digər müqavilələr bağlanmamışdır; • Protokola əlavə edilmiş Şəxs MMC-nin işçilərinin giriş və çıxış qeydiyyat dəftərindən olan çıxarışların surətlərindən aşağıdakılar görünür: • 05.12-xx.xx.2022-ci və 12.12-xx.xx.2022-ci il tarixləri üzrə - 1-9-cu qrafada işçilərin ad və soyadı kompüterdə çap olunsa da, 10-cu qrafada “Cəlil Amirə” əlyazması ilə icra olunmuşdur; • 19.12-xx.xx.2022-ci il tarixləri üzrə - 1-9-cu qrafada işçilərin ad və soyadı kompüterdə çap olunsa da, 10-cu qrafada “Amirə x.” əlyazması ilə icra olunmuşdur; • 26.12-xx.xx.2022-ci il tarixləri üzrə - 1-8-ci qrafalarda işçilərin ad və soyadı kompüterdə çap olunub göstərilmiş, lakin yalnız 6-cı qrafada “Amirə Cəlil sözlərinin qarşısında imzalar və saatlar əks olunmuş, həmçinin “Amirə Cəlilsözlərinin üst hissəsində əlyazma ilə ofis müdirisözləri əks olunmuşdur; • 23.01-xx.xx.2023-cü, 30.01-xx.xx.2023-cü, 06.02-xx.xx.2023-cü, 13.02-xx.xx.2023cü, 20.02-xx.xx.2023-cü, 27.02-xx.xx.2023-cü, 05.04-xx.xx.2023-cü, 12.04-xx.xx.2023-cü, 19.04-xx.xx.2023-cü, 26.04-xx.xx.2023-cü, 06.03-xx.xx.2023-cü, 13.03-xx.xx.2023-cü, 22.03-xx.xx.2023-cü, 29.03-xx.xx.2023-cü il tarixləri üzrə “Amirə Cəlil sözlərinin üst hissəsində əlyazma ilə ofis müdirisözləri əks olunmuşdur. • Üzərində Şəxs MMC-nin adı və möhürü həkk olunmuş beh müqaviləsinin surətində satıcı kimi “”Süleymanov K.V”, alıcı kimi “Cəfərova S.Y”, vasitəçi kimi “X21” göstərilmiş və bu sənəd X21 tərəfindən imzalanmışdır; • “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi” bildirişlərinə əsasən X19 və X16 xx.xx.2022-ci il tarixdən, X3 xx.xx.2022-ci il tarixdən, X5, X7, X11 və X8 xx.xx.2023-cü il tarixdən, X17 xx.xx.2023-cü il tarixdən ofis meneceri, X2 isə xx.xx.2023cü il tarixdən satış meneceri üzrə Şəxs MMC-də işə götürülmüşlər; • Şəxs MMC tərəfindən Dövlət Vergi Xidmətinə təqdim olunan “Vahid bəyannamə hesabat”larına əsasən şirkətin 2022-ci ilin İİİ rübü üzrə 6, İV rübü üzrə isə 7 işçisi, 2023-cü ilin İ rübü üzrə 9, İİ və İİİ rübləri üzrə 7 işçisi olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, eləcə də iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə müəyyən edilir ki, X21 onu Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən 2023-cü ilin iyun ayına qədər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini və gördüyü işə görə pulunun ödənilməməsini göstərsə də, araşdırma aparan orqan bu barədə Şəxs MMC-nin münasibətini öyrənildikdən sonra bunun əksini sübut edən əlavə məlumatlar əldə etməmiş, şahidlər, habelə beh müqaviləsində adları qeyd olunmuş şəxslər müəyyən olunaraq izahatları alınmamış, məsələyə tam aydınlıq gətirmədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin işçilərinin giriş və çıxış qeydiyyat dəftərindən olan çıxarışların surətlərinə əlyazma ilə əlavələrin edildiyi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə əsasən X21 ilə Şəxs MMC arasında heç bir əmək münasibətləri olmamış, A.Cəlilə ofisdə ayrıca bir yer verilsə də, sonuncu şirkətin işlərini yerinə yetirməyə cəlb olunmamışdır. Əksinə A.Cəlil bir müddət sonra şirkətin işinə müdaxilə etməyə başlamış, icazə olmadan müştərilərlə əlaqə saxlamış, hətta şirkətin blanklarından istifadə edərək beh müqavilələri bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); - Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddə); - Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X10 müraciəti üzrə Şəxs MMCnin təqsirliyi sübuta yetirilmədiyi üçün şirkət barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4779/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4779/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver