Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4781/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, F.Ramazanov küçəsi, ev 4A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən obyektdə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2022-ci il tarixli, KY221869077 saylı çıxarışa əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən obyektdə plan üzrə 28.11-xx.xx.2022-ci il tarixlərdə müayinənin aparılmasına icazə verilir; xx.xx.2022-ci il tarixli “Yanğın-texniki müayinə Aktı”na əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməmiş, ilkin yanğınsöndürən balonlarla təmin edilməmiş, elektrik naqillərinin gərginliyə qarşı müqaviməti yoxlanılmamış, yanğından icbari qaydada sığorta olunmasına dair şəhadətnamə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən ona məxsus ünvan 2 ünvanda yerləşən obyektdə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə yerinə yetirilməmişdir. Bununla da Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməlidirlər (6-cı maddənin 2-ci hissəsi). “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”na əsasən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2001-ci il tarixdə 2693 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır): - Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir (9.1-ci bənd); - Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır (9.3-cü bənd); - Yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar (9.4-cü bənd); - Yanğınsöndürmə stansiyası izahedici mətnlə yazılmış boru xətlərinin sxemi və yanğın baş verən zaman qurğunu idarəetmə təlimatı ilə təmin edilməlidir (9.6-ci bənd); - Qurğulara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlarla ( bu o müəssisələrə aiddir ki, qurğulara texniki qulluq edilməsi və xidmət heyəti saxlamağa imkanı yoxdur) müqavilə bağlanmalıdır (9.7-ci bənd); - İnsanların yanğın barədə xəbərdar edilməsi üçün texniki vasitələrin tələb olunmadığı hallarda, obyekt rəhbərləri onların xəbərdar edilməsi ardıcıllığını müəyyən etməli və buna cavabdeh şəxslər təyin etməlidir (9.11-ci bənd); - Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz olmalı və bilavasitə şəbəkəyə qoşulmalıdır (9.12-ci bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağında həddində tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş izibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1,393-1.2, 393-1.4,394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539- 544, 551.2, 557.2və 603-cümaddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs MMC-yə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4781/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4781/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver