Məhkəmə qərarları › İş №3(006)-4782/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4782/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4782/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs – X5, qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarından X7 inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli,13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə.inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi - 340 (üç yüz qırx) manat məbləğində inzibati cərimə edilmişdir. 21 avqust 2024-cü il tarixli, 13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri,Nəsimi rayon məhkəməsinə şikayət verilmiş və Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3805/2024 saylı qərarı ilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli,13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmış, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən yenidən barəmdə 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)- 3805/2024 saylı qərarı ilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək,iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsada, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən heç bir araşdırma aparmamış, sübutlar düzgün qiymətləndirilməmiş, heç bir sübut olmadan, mülahizələrə əsaslanaraq nəticədə əsassız qərar qəbul edilmişdir.Ona görə də Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən yenidən barəsində 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, oğlu X12 Respublikasında yaşayır. 06 avqust 2024-cü il tarixdə oğlu Eyvaz Məmmədov ona zəng edərək bir nəfərdən ona istifadəsi üçün dəyəri 500 ABŞ dolları (850 manat) olan bir ədəd “Samsung S215G" 128 gb markalı mobil telefon göndərməsini, həmin şəxslə Bakı şəhərində görüşüb mobil telefonu götürməyi bildirdi. 07 avqust 2024-cü il tarixdə axşam saatlarında tanımadığı şəxs ona zəng edərək oğlu Eyvaz Məmmədovun ona göndərdiyi mobil telefonu ona təqdim etmək istədiyini bildirdikdən sonra həmin şəxslə Nəsimi rayonu ərazisində görüşüb, həmin mobil telefonu götürmüşdür. Həmin şəxsdən həmin mobil telefonu gömrük orqanına bəyan edib-etməməsini soruşmuş, o da mobil telefonu gömrük orqanına bəyan etdiyi bildirmişdir. Həmin mobil telefon tam qablaşdırılmış vəziyyətdə olmaqla İMEİ **********50565 və İMEİ **********450560 nömrəli kodlara malikdir. 08 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək həmin mobil telefonun aktiv edilməsini xahiş etmişdir. Həmin vaxtı ona mobil telefon gömrük orqanına bəyan edilmədiyi bildirilmişdir. 09 avqust 2024-cü il tarixdə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək həmin mobil telefonun gömrük orqanına bəyan edilmədiyi barədə məlumat verməklə mobil telefonu gömrük orqanına bəyan etmişdir. Lakin müraciəti üzrə araşdırma aparan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Jalə Orucova heç bir araşdırma aparmadan barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tədbir görəcəyini bildirmişdir. Şikayətçi ona həmin mobil telefonu əldə edərkən telefonun Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilmədiyini və həmin mobil telefondan istifadə etmədiyini bildirmişdir. X3 məhəl qoymayaraq bir daha haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tədbir görəcəyini bildirmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsində yuxarıda qeyd etdiyi kimi izahat versə də, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 21 avqust 2024-cü il tarixli, 13000/01217 nömrəli inzibati tənbeh vermə haqqında qərarında guya həmin mobil telefonu Polşa Respublikasından gələn ABŞ-dan gələn oğlu tərəfindən gətirilməsi, lakin həmin telefonun gömrük orqanına bəyan edilmədiyi və mobil telefonun onun istifadəsində olması göstərilmişdir. Həmin mobil telefondan istifadə etməmişdir, mobil telefon öz istehsal qabındadır. Mobil telefonu əldə edərkən telefonun Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilməmişdir. X11 və Enerji Resursları Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, qərarda iş üzrə izahatı təhrif edilmişdir. 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, izahatında mobil teleonu ona təqdim etmiş şəxsdən sadələşdirilmiş bəyannaməni tələb etməyini göstərmişdir. Qərarda izahatı təhrif edilmişdir. İzahatında həmin şəxsdən sadələşdirilmiş bəyannaməni tələb etdiyini, həmin şəxsin isə mobil telefonu gömrük orqanına bəyan etdiyini və bütün sənədlərin qaydasında olmasını bildirməsini göstərmişdir. 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, inzibati xəta haqqında protokolun, işə baxılmanın vaxtı və yeri haqqında qərardadın surəti yaşadığı ünvana göndərilsə də, o inzibati tənbeh vermə haqqında qərarın çıxarılması prosesində iştirak etməmiş, işə baxılma vaxtı 29 oktyabr 2024-cü il saat 11:00-a təyin edilməklə, həmin gündə inzibati xəta haqqında protokol, işə baxılmanın yeri və vaxtı haqqında qərardadım surəti olan zərf poçta daxil olmuş və xx.xx.2024-cü il tarixdə isə ona təqdim edilmişdir. Bu səbəbdən də onun inzibati tenbeh vermə haqqında qərarın çıxarılması prosesində iştirakı mümkün olmamışdır. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətdə qeyd etdiyi məzmunda çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X6 xx.xx.2024-cü il tarixdə X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinə müraciət edərək, İMEİ **********50565 və İMEİ **********450560 nömrəli kodlara malik dəyəri 500 dollar (850 manat) olan 1 ədəd “Samsung S215G” 128 gb markalı mobil telefonun ona Polşa Respublikasından ABŞ-dan gələn oğlu tərəfindən gətirildiyi, lakin həmin telefonun gömrük orqanına bəyan edilmədiyi və mobil telefonun özünün istifadəsində olduğunu bildirmişdir. Qeyd edilən mobil telefon ölkə ərazisinə gətirilərkən hər hansı gömrük rəsmiləşdirilməsi yaxud bəyanetmə prosesi aparılmamışdır. Nəticədə, araşdırılma aparılaraq yenidən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi – 340 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 340 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 504-cü maddəsinə əsasən, malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X7 qeyd olunan mobil telefon ölkə ərazisinə gətirilərkən onun tərəfindən hər hansı gömrük rəsmiləşdirilməsi yaxud bəyanetmə prosesi aparılmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 504-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş malın 40 faizi məbləğində – 340 manat miqdarında barəsində cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu, qeyd etsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X5 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, 13000/01217/01 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar