Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4789/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 87-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 95, mənzil 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində “STOP” nişanının tələbini pozaraq yolayırıcına daxil olub dayanmadan yolayrıcını keçərək Bülbül prospekti ilə düzünə hərəkətdə olan, X1 idarə etdiyi “NİSSAN MAXİMA” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin maşında sərnişin olan X6 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsini törətmişdir. Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkib əlamətinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi, zərər çəkmiş şəxs və barəsində icraat aparılan şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib. Ş.Əzizbəyov küçəsində “Stop” nişanı quraşdırılıb; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1205 saylı rəyinə əsasən X4 bədənində aşkar edilmiş xəsarətlər – sağ gicgah-almacıq qövsü, sağ gicgahçənə oynağı və alın nahiyələrinin baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ bazunun, qarın nahiyəsinin və döş qəfəsinin arxa səthinin qançırları, sağ qulaq seyvanının və sağ bazunun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. R.A.Həsənovun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadissəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 25.10.2022-ci il tarixli, BB seriyalı, 058805 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • xx.xx.2024-cü il tarixli, BA408456 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ ELANTRA” markalı, **-GY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur və bu avtomobil xx.xx.2024-cü il tarixli etibarnamə ilə xx.xx.2025-ci tarixədək idarə edilməsi üçün Şəxs verilib; • X8 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş izahatda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində tanışı X7 ona məxsus “NİSSAN MAXİMA” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə üzü Heydər Əliyev adına Saray istiqamətində hərəkət etmişlər. Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsini keçərkən yol ayrıcında sağ tərəfdə Ş.Əzizbəyov küçəsi ilə hərəkət edən “HYUNDAİ ELANTRA” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol kəsişməsində quraşdırılan “STOP” nişanının tələbini hərəkətinə davam etdiyinə görə onun olduğu avtomobillə toqquşmuşdur. Hadisə yerində “HYUNDAİ ELANTRA” markalı avtomobilin sürücüsü ona dəymiş maddi ziyanı qarşılayacağına söz vermiş və ondan şikayətçi olmamasını xahiş etmişdir. Lakin hadisəni törədən Elgün adlı şəxs ona verdiyi vədinə əməl etməmiş, bu səbəbdən də onun barəsində şikayət etmək qərarına gəlmişdir; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-51/2- 45074 saylı məktubunda Şəxs sürücülük vəsiqəsində 05 balın olması qeyd olunub. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.12 (stop-xətt) - 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir. Həmin Qanunun 75-ci maddəsinin İV hissəsinə görə yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4789/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4789/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver