Məhkəmə qərarları › İş №3(006)-4792/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4792/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4792/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Vəkil oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10; mənzil 131; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* (00800- 0282/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan 6.305,00 ABŞ dolları (10.718,50 manat) xarici valyuta vəsaitini xaricdən qaytarmamışdır. Protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsə də, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, Şəxs MMC (Satıcı) ilə «X4 Trading» şirkəti (Alıcı) arasında bağlanan xx.xx.2020-ci il tarixli, 02/2020 nömrəli müqaviləyə əsasən MMC xx.xx.2021-ci il tarixdə həmin şirkətə 6.305,00 ABŞ dolları dəyərində mal göndərmişdir. Lakin «X4 Trading» şirkəti həmin vəsaiti 180 gün ərzində MMC-nin hesabına köçürməmişdir. Bununla belə, inzibati xətanın törədildiyi vaxtdan da artıq bir il müddət keçmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Şəxs MMC ilə X2 fəaliyyət göstərən «X4 Trading» şirkəti arasında 250.000 ABŞ dolları dəyərində xx.xx.2020-ci il tarixli, 02/2020 nömrəli müqavilə bağlanmışdır; • **********3793 saylı gömrük bəyannaməsinə əsasən xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən «X4 Trading» şirkətinə xx.xx.2020-ci il tarixli, 02/2020 nömrəli müqavilə ilə bağlı 6.305,00 ABŞ dolları dəyərində heyvan əti göndərilir; • 04.11.2022-ci il tarixli raporta görə Şəxs MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mala dair təqdim olunan xx.xx.2021-ci il tarixli, **********3793 nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002”- akkreditiv açılması yolu ilə qeyd olunmuşdur. Belə ki, Şəxs MMC (Satıcı) ilə «X4 Trading» şirkəti (Alıcı) arasında bağlanan xx.xx.2020-ci il tarixli, 02/2020 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” məhsulun dəyərini məhsulu aldıqdan sonra 30 gün ərzində ödənişini edir. Lakin Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malın müqabilində 6.305 ABŞ dolları (10.718,50 manat) məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, həmin xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə məhkəmədə müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə X2 fəaliyyət göstərən «X4 Trading» şirkətinə xx.xx.2020-ci il tarixli, 02/2020 nömrəli müqavilə ilə bağlı 6.305,00 ABŞ dolları dəyərində heyvan əti göndərilir və həmin tarixdən 180 gün ərzində ixrac olunan mala dair pul vəsaitini Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilir ki, hazırki inzibati xətanın törədildiyi gündən artıq 01 il müddət keçib. Belə ki, iş üzrə inzibati xətanın törədildiyi vaxt - malın ixrac olunduğu tarixin (xx.xx.2021-ci il) 180-ci gününün səhəri, yəni xx.xx.2021-ci il tarix müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi həmin Məcəllənin XXXVİİ fəslinə, yəni gömrük qaydaları əleyhinə olan inzibati xətalara daxil edilir və inzibati xətalar qanunvericiliyinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətsə də, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar