Məhkəmə qərarları › İş №3(006)-4794/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4794/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4794/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam rayonu, Mahrızlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(006)- 530/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(006)-530/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ilə onun arasında bağlanmış 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, HVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi "xxxx" MMC-yə qaytarılması, ondan 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 3166,57 manat məbləğində əsas borc, 669,66 manat məbləğində gecikdirilmiş mükafat və 75 manat məbləğində dəbbə pulu, ümumilikdə 3911,23 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədinin verilməsinə əsas olan qətnamədən xəbəri olsa da, icra üzrə ödənişləri etmək üçün imkanı olmamışdır. Belə ki, o, qeyd olunan avtomobillə qəza törətmiş və sığorta tərəfindən edilmiş ödənişləri lizinq üzrə yaranmış borcuna silinmişdir. Sonradan avtomobili öz vəsaiti hesabına düzəltdirmiş və tanışına satmışdır. Onların aralarında olan razılaşmaya əsasən 10 gün müddətinə tanışı ona satdığı avtomobilin pulunu ödəməyə söz vermişdir. Lakin sonradan həmin şəxs onun telefonlarına cavab verməmiş, nə avtomobilin pulunu nədə ki avtomobili geri qaytarmamışdır. Hal-hazırda həmin şəxsin barəsində məlumatı olmadığından avtomobilin harada olmasından xəbəri yoxdur. Buna baxmayaraq, icra üzrə ödənişləri hissə-hissə həyata keçirəcəkdir. Həmçinin onun icra məmurunun qanuni tələbindən yayınmaq məqsədi heç vaxt olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2023cü il tarixli, 2(006)-530/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ilə Şəxs arasında bağlanmış 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, HVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi "xxxx" MMC-yə qaytarılması, ondan 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 3166,57 manat məbləğində əsas borc,669,66 manat məbləğində gecikdirilmiş mükafat və 75 manat məbləğində dəbbə pulu, ümumilikdə 3911, 23 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Şəxs icra sənədi üzrə ödənişləri etmir və müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınır. “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədildikdən sonra sığorta ödənişləri Şəxs borcu üçün silinsə də, avtomobil yenidən həmin şəxsə qaytarılmışdır. Lakin Şəxs sonradan avtomobil barədə məlumat verməmiş və borcunu ödəməkdən yayınmışdır. Bir neçə dəfə onunla əlaqə yaradaraq borcun ödənilməsini tələb etsələr də, Şəxs tərəfindən yalnız yalan vədlər verilmişdir. Hal-hazırda borcun ödənilməsini, əks təqdirdə avtomobilin geri qaytarılmasını tələb edirlər. Qeyd olunanların nəzərə alınmasını və şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(006)- 530/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ilə Şəxs arasında bağlanmış 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, HVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi "xxxx" MMC-yə qaytarılması, ondan 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 3166,57 manat məbləğində əsas borc,669,66 manat məbləğində gecikdirilmiş mükafat və 75 manat məbləğində dəbbə pulu, ümumilikdə 3911, 23 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra üzrə ödənişləri tam olaraq yerinə yetirməkdən yayınmışdır. Hal-hazırda tələbkar məhkəmə qərarının icra edilməsini tələb edir. Müxtəlif dövlət orqanlarına sorğular verilsə də, borclu Şəxs adına heç bir əmlak müəyyən edilməmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Nəsimi rayon məhkəməsinin 2(006)-530/2023 saylı, 15 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(006)-530/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ilə Şəxs arasında bağlanmış 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, HVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi "xxxx" MMC-yə qaytarılması, ondan 18 iyun 2019-cu il tarixli MAS-930 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 3166,57 manat məbləğində əsas borc, 669,66 manat məbləğində gecikdirilmiş mükafat və 75 manat məbləğində dəbbə pulu, ümumilikdə 3911,23 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan, eyni tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən və izahatlardan görünür ki, Şəxs barəsində 18 aprel 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu maddi imkanı olmadığından ödəniş edə bilməyəcəyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar