Məhkəmə qərarları › İş №3(006)-48/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-48/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-48/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 27 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclu Şəxs tərəfindən icra olunmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola 01 nömrəli Əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 47000 ABŞ dolları alınaraq X6 ödənilməlidir. Lakin, tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfərlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmaqdadır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-5047/2019 saylı icra sənədinə əsasən Şəxs 47.000 (qırx yeddi min) ABŞ dolları tutularaq F.C.Qarayevə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş gğndərilmiş və rəsmi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, borculunun izahatı alınmış və sonuncu izahatında borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, sonuncu şöbəyə gətirilmiş, ondan qərar üzrə borcun ödənilməsi tələb olunmuş, lakin o, izahatında hazırda maddi vəziyyəti ilə bağlı borcunu ödəyə bilməyəciyini, yaxın zamanda isə ödəcəyini bildirmişdir. Borclu icra sənədi üzrə tələbkara 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödəmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun icra sənədindən məlumatı var, onlar birlikdə tələbkarla iş görmüşlər, sonra həmin iş alınmayıb və o, borclu qalmışdır. O, buna baxmayaraq ödənişdən boyun qaçırmır, sadəcə satılası bağı var. Həmin bağın artıq behini də almış, sadəcə sənədləşməsi qalıbdır. O, bundan əvvəlki məhkəmə olanda tələbkara təqdim etmək üçün 3000 manat gətirmişdi. Tələbkar məndən həmin pulu götürmədi ki, o, bütöv ödəniş istəyir. Əgər hissə hissə ödənişə razı olarsa o, yenə də həmin borcun bir hissəsini bir neçə gün ərzində ödəyə bilər. Onlar əvvəlki məhkəmə olanda tələbkarla razılaşdılar ki, pulun o transformator versin, əvvəl tələbkar razılaşdı. Sonra isə bundan boyun qaçırdı. Çünki, aralarında belə bir hal bir dəfə olubdur. Belə ki. ilkin məbləğ 55.000 ABŞ dolları olmuş, həmin məbləğdən 15.500 ABŞ dollarını bu yolla qaytarmışdır. Bağı Bilgəhdədir, həmin ərazidə kupça almaq problemdir, ona görə alqı-satqı ləngiyir. Əvvəlki məhkəmə olandan sonra ağır xəstəlik keçirdi, bu işin üstünə düşə bilmədi. Elə icra məmuru Murad müəllim də onu yığanda demişəm ki, xəstədir evdə yatır. Sonda Şəxs barəsində barəsiundə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X7 izahatında göstərmişdir ki, Şəxs ona ilkin borcu 55.000 ABŞ dolları olubdur. Həmin pulun əvəzindən bir ədəd transformator verib, bu səbəbdən həmin borcdan 15.500 ABŞ dolları silinibdir. Bundan əvvəlki protokol tərtib olunub məhkəməyə təqdim olunanda ona 3000 manat pul təklif edibdir. O da həmin vaxt ona bildirmişdir ki, o, 3000 manatı istəmir, ona tam pul ver. Sonra transformator da verməsini təklif etmişdir. Lakin həmin iş də üzə çıxmayıbdır. O, bu şəxsdən pulunu tələb edir. Qaldı bağın satılmasına ona bu adam artıq xeyli vaxtdır ki, Bilgəhdə bağ satır, lakin həmin bağı o, görməmişdir. O, bu şəxsə inanmır. Amma yenə də ödəməklə bağlı vaxt istəyirsə vaxt verilməsinə etiraz etmir. Sonda tələbkar X7, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən edilmişdir: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 47000 (qırx yeddi min) ABŞ dolları məbləğində pulun X5 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - “Borclunun axtarışı haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. - “Borc tələbi üzrə pul vəsaitinin alınması haqqında” xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X7 borclu Şəxs 3000 (üç min) ABŞ dolları pul vəsaitini qəbul etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxsnın hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar