Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4807/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili – “FİDES” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 47283,54 ABŞ dolları məbləğində vəsaiti 21 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 47283,54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil yazılı etiraz təqdim edib ona uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol aşağıda göstərilənlərə əsasən əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə ATOM MMC arasında malların alqı satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən satıcı xx.xx.2022-ci il tarixinə və ya ondan əvvəlki tarixə qədər satıcı müqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermək və çatdırılmasını təmin etmək öhdəliklərini üzərinə götürmüşdür. Satın alınan mallar kosmetik məhsullar olmuşdur. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan Respublikasına deyil, Russiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına razılıq əldə edilmişdir. Belə ki, bu yuxarıda göstərilən müqavilə ilə yanaşı ATOM MMC arasında həmçinin Rusiyya Federasiyasının LAYMA-LUKS RUS MMC arasında xx.xx.2022-ci il tarixində yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ilkin yəni xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə ATOM MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış kosmetik məhsullar ATOM MMC tərəfindən LAYMA-LUKS RUS MMC-yə satılmışdır. Hər iki müqavilənin dəyəri (müqavilələrin 2.4-cü bəndlərinə əsasən) 1.000.000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Göstərilən əməliyyatların əsası o olmuşdur ki, yuxarıda istinad etdiyimiz hər iki müqavilənin bağlanmasından öncə hazırda məhkəməyə təqdim etdiyimiz xx.xx.2022-ci il tarixində aşağıda adları qeyd olunan beş hüquqi şəxs arasında Agent (Vasitəçi) müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilədə Agent (Vasitəçi) rolunu oynayan ATOM MMC, Prinsepial rolunu oynayan LAYMA-LUKS RUS MMC, Satıcı rolunu oynayan SJS POTİ şirkəti və Subagentlər rolunu oynayan DİPTRANS MMC və İMPEKS MMC aralarında rəsmi təsdiq olunmuş saziş mövcuddur. Həmin sazişin 2-ci bəndində qeyd olunan şərtlərdən müəyyən olunur ki, ATOM MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı satqı əməliyatlarında Vasitəçi (Agent) rolunu oynamışdır. Hətta bu haqda LAYMA-LUKS RUS MMC tərəfindən ATOM MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə eyni tarixli 27 nömrəli həmin səlahiyyətlər etibarnamə ilə təsdiq edilmişdir (qeyd edilən etibarnamənin surəti etiraza əlavə edilir). Belə ki, SJS POTİ şirkəti və LAYMA-LUKS RUS şirkəti ilə ATOM MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq ATOM MMC-nin Vasitəci olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022-ci il tarixində 58823,67 ABŞ dollar dəyərində kosmetik məhsullar Russiya Federasiyasının ərazisinə idxal edilmişdir (Bu haqda yük gömrük bəyəmnaməsi qoşma olaraq etiraza əlavə olunur). Qeyd edilməlidir ki, vaxti ilə yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli Agent müqaviləsinin şərtlərinə uyğun olaraq ATOM MMC ilə xx.xx.2022-ci il tarixində Rusiyya Federasiyasının DİPTRANS MMC arasında alqı satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən neft məhsulları ATOM MMC tərəfindən alınmış, lakin daha sonra ATOM MMC ilə Gürcüstan Respublikasının İMPEKS MMC arasında eyni tarixdə yəni xx.xx.2022-ci il tarixində DİPTRANS MMC-dən alınmnış neft məhsulu İMPEKS MMC-yə satılmışdır (həmin müqavilələrdə sübut kimi etiraza əlavə olunur) və (neft məhsullarının DİPTRANS MMC-yə çatdırılması ilə bağlı müvafiq yük gömrük bəyannamələri və invoys sənətlərin surətləri hazırki etiraza əlavə olunur). Eyni zamanda, yuxarıda istinad edilən hər dörd müqavilə üzrə ATOM MMC-nin vasitəçi olması ATOM MMC-nin rəhbərliyi tərəfindən LAYMA-LUKS RUS şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarlada müəyyən olunur. Məhz həmin məktubların məzmunlarından görünür ki, ATOM MMC tərəfindən Rusiyya Federasiyasının LAYMA- LUKS RUS şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır. Hazırda, məhkəməyə təqdim edilmiş ATOM MMC-nin Rabitə bankda olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022 - xx.xx.2023-cü il tarixinədək Satıcı rolunu oynayan İMPEKS MMC tərəfindən xx.xx.2022-ci il tarixində 55000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 9000 ABŞ dolları, yəni cəmi 64000 ABŞ dollar pul məbləğində vəsait ATOM MMC-ni hesabına köçürülmüşdür. Daha sonra, həmin vəsaitdən xx.xx.2022-ci il tarixində 47283,54 ABŞ dollar pul SJS POTİ şirkətinin bank hesabına ATOM MMC tərəfindən köçürülmüşdür. Yəni, buradan göründüyü kimi, ATOM MMC həmin vəsaitin sahibi olmamışdır. ATOM MMC yalnız bu əməliyatda Vasitəçi (Agent) şirkəti olmuşdur (Bununla bağlı bank hesabından çıxarışın surəti etiraza əlavə edilir). Məhkəmənin diqqətinə çatdırırıq ki, yuxarıda açıqladığımız müqavilə əməliyyatları ilə bağlı yəni, oxşar işlər üzrə 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı qəbul edilmişdir. Həmin Qərardadda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinin tələbinə əsasən, inzibati məsuliyyət şəxsin ödənilmiş valyuta vəsaiti müqabilində, müvafiq malları ölkə ərazisinə idxal etməməsi və idxalı təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması nəticəsində yaranır. Gömrük bəyannaməsinin təqdim edilməməsi gömrük orqanları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu isə bu qərardadla qanunvericiliyin düzgün şərh edilməsi məqsədi ilə “vasitəçilik” xarakterli münasibətlər zamanı aparılan köçürmələr məsələsinə X1 ilə aydınlıq gətirdi. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər X2 Heyətinin qəbul etdiyi Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimlənir. Burada qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim olunması və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğin geri qaytarılması əks olunmuşdur. Lakin nəzərə almaq lazımdır ki, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı isə alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini təqdim etmək öhdəliyi də mövcud olmur. Bu baxımdan İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə üçün, “şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır”. Hazırkı işin faktlarından belə hal mövcud deyil. KM Plenumu hesab edir ki, bu formada işlərə baxılarkən məhkəmələr hərtərəfli araşdırma etməli, inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə edilən hərəkətlərin kimin vəsaiti hesabına həyata keçirilməsini müəyyənləşdirməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub-olmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olubolmamasını araşdırmalıdır. Bununla bağlı Plenum belə qənaətə gəlmişdir ki, “Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır.” Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. Hazırda, yuxarıda istinad etdiyimiz Konstitusiya Məhkəməsinin Plenum Qərardadında göstərilənləriəsas tutaraq, hesab edirik ki, ATOM MMC barəsində xx.xx.2022-ci il tarixində 47283,54 ABŞ dolları məbləğində vəsait ATOM MMC-nin Vasitəçi (Agent) kimi köçürməni həyata keçirtdiyindən həmin cəmiyyət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı bu halı istisna edir. Göstərilənlərə əsasən, ATOM MMCnin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nıən 430.4-cü maddəsi ilə başlanmaış inzibati xəta haqqında işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli RB-02/4525 nömrəli məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 21 oktyabr 2022-ci il tarixdə“ SJS POTİ” şirkətinin müvafiq bank hesabına 47283,54 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli N2 saylı İNVOİCE tapşırığından görünür ki, 213907.98 USD məbləğində pullar ölkəyə idxal olunmuşdur. Həmçinin "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan aydın olur ki, xx.xx.2022-ci il tarixdə 47283,54 dolları məbləğində vəsait “mal alışı” məqsədilə Şəxs MMC-nin hesabına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 47283,54 ABŞ dolları məbləğində vəsait həmin hüquqi şəxsin öz vəsaiti olmamışdır. Faktiki olaraq vasitəçilik fəaliyyəti ilə məşğul olan Şəxsnə bu vəsait həcmində pul müvafiq malların alışı məqsədilə onun "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Vəsaiti qəbul etdikdən sonra həmin gün Şəxs bu vəsaiti yəni, 47283,54 ABŞ dolları məbləğində pulu müvafiq malların alınaraq Rusiya Federasiyasında yerləşən şirkətə çatdırılması üçün SJS POTİ şirkətinə ödəmişdir. Göründüyü kimi, Şəxs daha əvvəl xaricdən onun hesabına daxil olmuş vəsaitlə bağlı köçürmə əməliyyatını icra etdiyindən ölkədən əvəzsiz olaraq valyutanın çıxarılması halı müşahidə edilmir. Bu isə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın qəbul edilməsində əsas məqsəd olan ölkənin tədiyyə balansında valyuta kəsirinin azalmasını istisna etmiş olur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4807/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4807/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver