Məhkəmə qərarları › İş №3(006)-4808/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4808/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4808/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, işləməyən, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi ev 87-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsində Şəxs narkotik maddədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Şəxs bir büküm narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. 18 oktyabr 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin təhqiqatçısı Oruc Əliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün materiallar ona göndərilmişdir. Şəxs narkoloji müayinə olunması üçün Respublika Narkoloji Mərkəzinə göndərilmiş və həmin Mərkəzin tərtib etdiyi rəydə narkotik vasitədən istifadə etməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməsi aşkar olunmuşdur. Bundan sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 21:45 radələrində onu polis əməkdaşları narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə aparmışlar. Orada üzərinə baxış zamanı şəxsi istifadəsi üçün aldığı bir bükümdə narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitəni “Alatava” adlanan ərazidən aldığını bildirmişdir. Sonradan onun barəsində narkoloji rəy alınmış və rəy əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 6791 saylı rəyinə görə Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 01:00-da tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançalıq çəkməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar