Məhkəmə qərarları › İş №3(006)-4811/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4811/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4811/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili “Leqal” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3733/2020 saylı icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyk icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3733/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 40000 (qırx min) manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40530 (qırx min beş yüz otuz) manat məbləğində pul alınaraq X3 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6689/2022 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)- 1210/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Son 2 ay ərzində 200 manat məbləğində pul tələbkarın xeyirinə ödənilib. Borclunun adına avtomobil aşkar olunsa da, məhkəmə qərarı ilə ona həbs qoyulmuşdur. Lakin avtomobil barədə hər hansı məlumat yoxdur və onun barəsində axtarış verilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, qərarın icrasından yayınmır. Belə ki, tələbkardan 40000 manat pul götürmüş, lakin əvəzində 72000 manat pul ödəmiş, yəni, 32000 manat da əlavə ödəmişdir. 2020-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunandan sonra pul ödəyə bilməmişdir. Oğlu da həqiqi hərbi xidmətdən yeni gəlmişdir. O da işə düzəldikdən sonra borcu hisə-hissə ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında bildirmişdir ki, borclu ödəniş etmir, 40530 manat borcdan cəmi 200 manatını ödəmişdir. Qətnamə çıxandan bəri ödənişin etməsini gözləyir. Borc müqaviləsini 2014-cü ildə notarial qaydada bağlamışlar. Borcun hissə-hissə ödənilməsinə razı deyil. 2020-ci ildə borclu işdən çıxdıqdan sonra onun yanına getmiş və borcunun necə ödəyəcəyini soruşmuşdur. Borclu isə qaynının bağı satıldıqdan sonra borcu ödəyəciyini bildirmişdir. Borclunun qaynı onun dayısıdır. Sonuncu isə ona bir il gözləməli olduğunu bildirmişdir. Lakin həmin bir il keçsə də, borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil izahatında bildirmişdir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, Şəxs qərardan apellyasiya və kassasiya şikayətləri vermiş, daha sonra həmin işlə əlaqədar Yasamal Rayon Məhkəməsinə yeni bir iddia ilə müraciət etmişdir. Sonuncu məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həəmin tarixdən sonra da 200 manat ödəniş etmişdir. Borclu işləmir, borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Oğlu da həqiqi hərbi xidmətdən yeni gəlmişdir. O da işə düzəldikdən sonra borcu hisə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun geri qaytarılmasını və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)-3733/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 40000 (qırx min) manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40530 (qırx min beş yüz otuz) manat məbləğində pul alınaraq X3 ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6689/2022 saylı qətnaməsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3733/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1210/2023 saylı qərarından görünür ki, Şəxs kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6689/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3733/2020 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4128/2023 saylı qərardadından görünür ki, iddiaçı Şəxs cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şəxs 40000 (qırx min) manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40530 (qırx min beş yüz otuz) manat məbləğində pul alınaraq X3 ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3733/2020 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsi almışdır. Daha sonra iddiaçı Şəxs cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin Məhkəminin xx.xx.2023-cü il tarixli, 2(004)-4128/2023 saylı qərardadı qeyd edilən iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Belə ki, Şəxs qərardan apellyasiya və kassasiya şikayətləri vermiş, daha sonra həmin işlə əlaqədar Yasamal Rayon Məhkəməsinə yeni bir iddia ilə müraciət etmişdir. Sonuncu məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan başqa, icra məmuru sadəcə olaraq borclunun mülkiyyətində olan daşınar əmlakın olmasını müəyyən etmiş, lakin tələbin borclunun mülkiyyətinə yönəldilməsi barədə heç bir tədbir görməmişdir. Həmçinin borclunun mülkiyyətində daşınmaz əmlaklarının, bank hesablarında olan əmanət və depozitlərinin olub-olmaması ilə bağlı aidiyyəti təşkilatlara sorğularla müraciət etmədən borclu barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bununla da icra məmuru tərəfindən icra hərəkətlərinin ardıcıllığı prinsipi də pozulmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar