Məhkəmə qərarları › İş №3(006)-482/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-482/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-482/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 xx xxxxxxxx 2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 xx xxxxxxxx 2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətində göstərmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında MMX ******* saylı, xx.xx.2017-ci il tarixli protokola əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarla ona 10 manat cərimə tətbiq edilmişdir. Belə ki, o, həmin protokol və qərar barədə bugünədək rəsmi olaraq heç bir məlumat almamış, törədilməsi ehtimal edilən inzibati xəta haqqında protokol ona şəxsən təqdim edilməmiş, heç bir imzalatma aparılmamış, bir sözlə bu barədə ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Bundan başqa qeyd edir ki, sözügedən qərarın 2018-ci il tarixdə, yəni 2 il əvvəl qəbul olunduğunu nəzərə alsaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən də qanunsuzdur. Belə ki, qanunun tələbinə sasən inzibati məsuliyyətə cəlbetmə müddəti 1 il olduğundan, hazırda sözügedən qərarlar üzrə ondan cərimələrin tələb edilməsi əsassızdır. Lakin inzibati xəta haqqında elektron protokol yuxarıda qeyd etdiyi kimi, ona şəxsən təqdim edilməmiş, barəsində əsassız olaraq tərtib edilmiş qeyd olunan protokollar və qərarlardan ümumiyyətlə xəbəri olmamışdır. Beləliklə də, şərh olunanlara və işin hallarına görə törədilməsi ehtimal edilən inzibati xətanın törədilməsi barədə tərtib edilmiş yuxarıda qeyd edilən protokol və qərar barədə ona qanunla müəyyən edilmiş qaydada hər hansı məlumat verilmədiyindən və eyni zamanda həmin qərarın qanunun tələblərinə əsasən qüvvədə olma müddəti bitdiyindən, həmin protokol və qərar ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, tərtib edilmiş inzibati xəta haqqında MMX ******* saylı xx.xx.2017-ci il tarixli protokola əsasən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında ona tətbiq olunmuş 10 manat məbləğində cərimənin silinməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi M.Ə.Əhmədov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, şikayətçi M.Ə.Əhmədov məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar barədə bugünədək rəsmi olaraq heç bir məlumat almamış, törədilməsi ehtimal edilən protokol ona şəxsən təqdim edilməmiş, həmin protokola onun tərəfindən heç bir imza atılmamış, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Buna görə də onun tərəfindən prosessual müddət ötürülməmişdir. Barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokola əsasən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı tərəfindən verilmiş şikayətə baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, buraxılmış müddətin bərpasına dair verilmiş vəsatət qeyri-mümkün hesab edilməklə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, M.Ə.Əhmədov “Mercedes Vito 111 CDİ M” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla, Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bu səbəbdən də, 10 (on) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, M.Ə.Əhmədov xx xxxx 2019cu il tarixdə, saat 11:27-də hərəkət edərkən “Mercedes Vito 111 CDİ M” minik markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmış, buna görə də, M.Ə.Əhmədov barəsində xx.xx.2017-ci il tarixli, MMX ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxxxxxx 2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2017-ci il tarixdə törədilmiş, şikayətçi barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında xx.xx.2018-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bugünədək, yəni inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən 2 il keçməsinə baxmayaraq həmin qərardan şikayətçi tərəfindən məhkəməyə şikayət verilməmişdir. Belə ki, şikayətçi əsas olaraq barəsində tərtib edilmiş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan məlumatı olmadığını bildirmiş və məhkəməyə ərizə təqdim edərək tərəfindən buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən qeyd edilən səbəblər qərardan şikayət vermə müddətinin bərpa edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də şikayətçi tərəfindən verilmiş qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatət rədd edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Beləliklə, məhkəmə hesab edir ki, M.Ə.Əhmədov tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatət rədd edilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar