Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-483/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 MMX ******* saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş materialları məhkəmə iclasında baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 MMX ******* saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 MMX ******* saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir. Həmin qərardan şikayət vermə müddətinin ötürülməsi müəyyən olunmuş və üzürlü səbəblərdən şikayət vermə müddətinin ötürülməsinə dair şikayət ərizəsində hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 MMX ******* saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 MMX ******* saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-483/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-483/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver