Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4833/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:01-də vətəndaş X10 DİN-in 102 zəng xidmətinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində tanımadığı şəxslər tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Həmin məlumat əsasında Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerində olarkən vətəndaş X10 orada olan şəxs ilə mübahisə etdiyini bildimişdi. Həmin şəxs izahatının alınması üçün Bölməyə dəvət olunsa da, polis əməkdaşlarına, onların qanuni tələblərinə məhəl qoymamış, onları təhqir etmiş, dövlət və dövlətçilik əleyhinə ifadələr səsləndirmişdir. Sonra həmin şəxs Nəsimi RPİ-nin 20-ci PB-yə gətirilmiş və onun xx.xx.1980-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən balaca bir yerdə yemək yeyirmişlər. Bu zaman oradan bir nəfər dəmir alan şəxs keçərkən ondan dəmiri neçəyə aldığını soruşmuş, o isə cavabında 30 qəpiyə aldığını bildirmişdir. O bu qiymətə etiraz etmiş və hər kəsin 70 qəpiyə aldığını bildirmişdir. Bir müddət sonra həmin şəxs polis əməkdaşları ilə birgə gəlmiş və “Sabutay” adlı polis əməkdaşı onu yanına çağıraraq onun qolunu burmaqla güc tətbiq etmişdir. Sonra polis əməkdaşları onu söymüş, o isə cavab qaytarmışdır. Bölməyə getdikdən sonra isə onu döymüşlər. O, şəxsi istifadəsi üçün adlığı lezva-kəsici vasitə ilə özünə xəsarət yetirmişdir. O dövlətçiliklə bağlı hər hansı bir ifadə işlətmədiyini, X3 ümumiyyətlə orada olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X5 izahatında bildirmişdir ki, X1 vəziyyətdə olmuşdur. Belə bir vəziyyət polisə tabesizlik kimi qiymətləndirilə bilməz. Şəxsi polis çağırmış, o isə günahının olmadığını demişdir. Bu da polisə tabesizlik kimi qiymətləndirilə bilməz. Şəxs sərxoş vəziyyətdə olduqda, izahatının alınmasına dəvət olunmur, ən azından onu ayıltma məntəqəsinə aparmalı idilər. Şəxs ayıldıqdan sonra onun izahatı alına bilərdi. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:01-də vətəndaş X10 DİN-in 102 zəng xidmətinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində tanımadığı şəxslər tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Həmin məlumat əsasında Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerində olarkən vətəndaş X10 orada olan şəxs ilə mübahisə etdiyini bildirdi. Həmin şəxs izahatının alınması üçün Bölməyə dəvət olunsa da, polis əməkdaşlarına, onların qanuni tələblərinə məhəl qoymamış, onları təhqir etmiş, dövlət və dövlətçilik əleyhinə ifadələr səsləndirmişdir. Sonra həmin şəxs Nəsimi RPİ-nin 20-ci PB-yə gətirilmiş və onun xx.xx.1980-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində baş verniş hadisə ilə bağlı izahat verməsi üçün Nəsimi RPİ-nin 20-ci PB-yə dəvət olunsa da, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, onlara qarşı nalayiq ifadələr səsləndirərək tabesizlik göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, ******* saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ortadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş 20 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Zamanov X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 20 oktyabr 2023-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4833/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4833/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver