Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4845/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs (bundan sonra Şəxs MTK) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov, ev 9, mənzil 21; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərar və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Hüquqi şəxs Şəxs MTK-nı təmsil etmək səlahiyyətinə malik olan idarə heyətinin sədri vəzifəli şəxs X8 həmin hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X2 2018-ci ildən xx.xx.2024-cü il tarixədək Şəxs MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR, N.Nərimanov küçəsi 32 saylı yaşayış binasının qarşısında inşa edilmiş 87 A və 87 B binanın mühafizəçi işlərinin görülməsinə cəlb etmişdir. Bununla da Şəxs MTK Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın və inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində verdiyi izahatdan görünür ki, 2016-cı ildə Şəxs MTK tərəfindən Binəqədi rayonu, 8-ci MKR, N.Nərimanov küçəsi 32 saylı yaşayış binasının qarşısında inşa edilmiş 87 A və 87 B saylı binaların mühafizəçisi işləyən X1 MTK-da əmək müqaviləsi olmadığı halda o qeyri-qanuni olaraq mühafizəçi işlərinin görülməsinə cəlb edilmişdir. İş materiallarında olan X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində verdiyi izahatdan görünür ki, 2016-cı ildə Şəxs MTK tərəfindən Binəqədi rayonu, 8-ci MKR, N.Nərimanov küçəsi 32 saylı yaşayış binasının qarşısında 87 A və 87 B saylı binaların inşasında ilk öncə fəhlə işləmiş, 2018-ci ildən isə MTK-nın direktoru X6 təklifi ilə mühafizəçi işləmişdir. Onunla Şəxs MTK arasında əmək müqaviləsi olmamışdır və o hər ay 400 manat əmək haqqını MTK-nın ofisində mühasibdən əlbəəl almışdır. Onun iş vaxtı axşam saat 20:00-dan başlamaqla ertəsi gün səhər saat 08:00-da bitmişdir. Səhər saat 08:00-da isə növbəni digər mühafizəçi Xanmirzəyə təhvil vermişdir. O, bazar günləri istisna olmaqla hər gün işləmiş və onun xidmət yeri binanın həyətində tikilən mühafizə otağı olmuşdur. xx.xx.2024-cü il tarixdə mühafizəçi işlədiyi binada mənzil sahibi olan X5 ona fiziki güc tətbiq etdiyinə görə o artıq orada işləyə bilməyəcəyini Fuad Əliyevə bildirmiş və xx.xx.2024-cü il tarixdən işdən çıxmışdır. İş materiallarında olan X6 Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində verdiyi izahatdan görünür ki, Şəxs MTK-nın idarə heyətinin sədridir. MTK hüquqi şəxs qismində fəaliyyət göstərir və cəmiyyətin hüquqi ünvanı ünvan 2 tərəfindən hazırda tikinti işləri aparılmasa da, MTK fəaliyyət göstərir. 2016cı ildə Şəxs MTK tərəfindən Binəqədi rayonu, 8-ci MKR, N.Nərimanov küçəsi 32 saylı yaşayış binasının qarşısında 87 A və 87 B saylı binalar inşa edilmişdir. X5 inşa edilən binadan mənzil və qaraj almışdır. X4 rəhbərlik etdiyi MTK-nın işçisi olmadığına görə o, həmin binaların mühafizəçisi işləmir. Miryusif Məmmədov qeyd edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində yaşayan pişiklərə qayğı göstərir. O da Miryusif Məmmədova dəstək olaraq pişiklərin orada yaşamasına şərait yaradır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürən Şəxs MTK Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X2 2018-ci ildən xx.xx.2024cü il tarixədək Şəxs MTK Tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR, N.Nərimanov küçəsi 32 saylı yaşayış binasının qarşısında inşa edilmiş 87 A və 87 B binada mühafizəçi işinin görülməsinə cəlb etmiş və bu fakt Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma zamanı aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MTK-nın törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4845/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4845/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver