Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4846/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 247, mənzil 38; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Eurosel Universal platforma operatoru xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 247, mənzil 38 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5 məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində göstərilən inzibati xəta Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə tətbiq edilir. Müəssisənin xx.xx.2022-ci il tarixli UPO-013 nömrəli xüsusi lisenziyası mövcuddur. Eyni zamanda protokola əlavə edilmiş iş materiallarında göstərilir ki, Şura tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində guya aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, tərəflərindən xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilələrin şuraya təqdim edilmədiyi müəyyən edilmişdir. Monitorinqin nəticəsi aşkar edilməsi müəyyənləşdirilməsi halları hər-hansı bir subutla müəyyən edilməlidir. Belə ki, müəssisə həmin kanalları almasına baxmayaraq hazıradək heç-bir yayım aparmamışdır. Belə olan halda müəssisə ilə şəxslər arasında müqavilə mövcud deyildir. Monitorinq aparılması faktı müəyyən edilirsə həmin yayımlarında aşkarlanması faktı məhkəməyə təqdim edilməlidir. xx.xx.2023-cü il tarixli akt əsasında müəssisəyə məxsus avadanlıq Şuraya təhvil verilmişdir. Həmin avadanlıq işə salınaraq sözügedən yayımların aparılmadığı müəyyən etmək olar. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydasındada bir başa göstərilir ki, əvvəlcədən yoxlama aparılacaq müəssisəyə dair məlumatlar vahid reyestrə daxil edilməlidir. Kənardan müşahidə əsasında monitorinqin aparılması faktı inzibati xəta haqqında protokol açılmasına əsas ola bilməz. Tərəflərindən “Media haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 27 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs universal platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 165 (bir yüz altmış beş) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsi tərəfindən təqdim olunmuş RM/24-007 nömrəli arayışa dair 27 noyabr 2024-cü il tarixli, № HR- 022/2024 nömrəli hüquqi rəydən görünür ki, təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni, Şəxs universal platforma operatoru xidməti tərəfindən müxtəlif dillərdə yayımlanan 165 (bir yüz altmış beş) televiziya kanalının retranslyasiyasına hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiyası “Media haqqında" Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması halıdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin Eurosel Universal platforma operatoru xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 247, mənzil 38 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən verilmiş etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar Şəxs MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun: 32.4-cü maddəsinə əsasən Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə görə lisenziya şərtləri – lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərdir. Azərbaycan Respublikası İXM-nin 381.11-ci maddəsinə əsasən audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4846/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4846/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver