Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4861/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Azərbaycan Respublikası Ekologiya və protokolu tərtib etmiş: Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxs: Nümayəndə1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus “Şazeli” adlı restoranda xx.xx.2024-cü il tarixdə keçirilən monitorinq tədbirləri zamanı atmosferə atılan zərərli qazların miqdarının normadan artıq olması, tullantıların təmizlənməsi üçün qurğuların istismarı qaydalarının pozulması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Bakı şəhərində keçirilən “COP-29” beynəlxalq tədbiri ilə əlaqədar olaraq atmoster havasının mühafizəsinin nəzarətdə saxlanılması məqsədi ilə Bakı şəhərinin xidməti ərazisində olan şadlıq sarayları və restoranlarda monitorinq tədbirlərinin keçirilməsi məzmunlu müraciətlə əlaqədar Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Şazeli” adlı restoranda xx.xx.2024-cü il tarixdə keçirilən monitorinq tədbirləri zamanı atmosferə atılan zərərli qazların miqdarının normadan artıq olması, tullantıların təmizlənməsi üçün qurğuların istismarı qaydalarının pozulması aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən “Şazeli” adlı restoranda qaz-toz tutucu qurğu mövcuddur, lakin həmin qurğunun təmizlənməsi işlərində bir az gecikmələr olmuş və bu səbəbdən də atmosferə atılan zərərli qazların miqdarı normadan artıq olmuşdur. Bu nöqsan aradan qaldırılır və bunun nəzərə alınmasını xahiş edir. Təqdim edilmiş materiallara əsasən: • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli, 002612 saylı aktına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2024-cü il tarixli, 1164/11RETSİ-26 qeydiyyat nömrəli “Bakı şəhərində keçiriləcək COP-29 beynəlxalq tədbiri ilə əlaqədar olaraq atmoster havasının mühafizəsinin nəzarətdə saxlanılması məqsədi ilə Bakı şəhərinin xidməti ərazisində olan şadlıq sarayları və restoranlarda monitorinq tədbirlərinin keçirilməsi” məzmunlu müraciətlə əlaqədar ünvan 2 ünvanda fəaliyyət göstərən “Şazeli” iaşə obyektinin ətraf ərazisində sabit hava şəraitində saat 19:30-dan saat 20:20-dək monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, “Şazeli” iaşə obyektində qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmışdır. Monitorinq ölçmə işləri iaşə obyekti fəaliyyətdə olan zaman qarşısında təxminən 5-7 metr məsafədə “ANKAT 64M3-03” səyyar cihazı vasitəsilə aparılmışdır. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) -18.2 mq/m3 (norma: 5,0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır; • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 88469 saylı aktına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 0294 saylı sərəncamına əsasən, Bakı şəhərində keçirilən “COP-29” Beynəlxalq tədbiri ilə əlaqədar olaraq atmosfer havasının mühafizəsinin nəzarətdə saxlanılması məqsədilə X3 Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə birgə keçirilən monitorinqlər zamanı ünvan 2 ünvanda fəaliyyət göstərən “Şazeli” iaşə obyektinin (VÖEN: **********) ətrafında tüstü qoxusu müşahidə edilmişdir. Monitorinq müddətində X3 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən həmin idarənin və iaşə obyektinin nümayəndəsi Ruhiyyə Əliyevanın iştirakı ilə saat 19:30-20:20 radələrində atmosfer havasına buraxılan zərərli qaz qarışıqlarını müəyyən etmək məqsədilə iaşə obyektinin manqalxanası fəaliyyətdə olan zaman qarşısından təqribən 5-7 metr məsafədə “ANKAT 64M3-03” cihazı vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Nəticələrə əsasən zərərli qazın miqdarı CO (dəm qazı) – 18,2 mq/m3 (norma:5,0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq olduğu və iaşə obyektinin qaz-toz tutucu qurğuya malik olduğu müəyyən edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həmin Məcəllənin 237.2-ci maddəsi isə ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlıqların, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 2-ci hissəsinə görə müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən atılmanın (tullantının) yol verilən həddi – stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin alınmasının yol verilən həddidir. Həmin Qanunun 28-ci maddəsinə görə atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda, yəni bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda, atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin ən yüksək məbləği 237.2-ci maddədə (iyirmi min manatdan iyirmi beş min manatadək) müəyyən olunmuşdur. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq 237.2-ci maddədə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 237.2-ci maddəsi üzrə 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4861/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4861/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver