Məhkəmə qərarları › İş №3(006)-487/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-487/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-487/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı Şəhər BPİ-nin DYPİ-nin 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı, 23 aprel 2021-ci il tarixli, EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı və 07 may 2021ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər BPİ-nin DYPİ-nin 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı, 23 aprel 2021-ci il tarixli, EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı və 07 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və barəsində başlanmış inzibati işlər üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində elektron qərarların tərtib edildiyi tarixlərdə idarə etdiyi **-NC-*** dövlət nömrə nişanlı avtomobili Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 86 ünvanında müvəqqəti saxladığı üçün X7 idarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozmağa gorə) maddəsi əsas tutularaq barəsində müxtəlif sayda protokollarla ona cərimələr yazılmışdır. Bildirir ki, həmin ərazidə dayanma və ya durmanı qadağan edən nişan yoxdur və orada 5.14 “Minik taksilərinin dayanacaq yeri” nişanı vardır ki, bu nişanın tələblərini pozmağa görə İnzibati Xətalar Məcəlləsində cərimə məbləği nəzərdə tutulmamışdır. Elektron qərarlara (21.04 2021-ci il tarixli, EQ6216014 nömrəli, 23.04.2021ci il tarixli, EQ6237881 nömrəli, 26.04.2021-ci il tarixli EQ6261280 nömrəli və 07.05.2021ci il tarixli EQ6348757 nömrəli) etirazını dəfələrlə yazılı surətdə bildirmiş olmasına baxmayaraq, Bakı şəhəri X7 İdarəsi tərəfindən əsaslandırmamış və heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X5” AR Qanununun 52-cı maddəsinin tələblərini pozmaqla hər bir protokol üzrə ayrılıqda olmaqla 32 manat məbləğində cərimə edilməsi ilə bağlı qərarlar çıxarılmışdır. Eyni zamanda bildirir ki, qeyd edilən elektron qərarların ləğv edilməsinə dair əvvəllər etdiyi müraciətlərlə bağlı bir neçə dəfə elektron poçt vasitəsilə qanunvericiliyə zidd və əsaslandırılmamış cavab məktubu göndərilmişdir. Belə ki, Bakı şəhər X7 İdarəsinin əməkdaşı məsələ ilə əlaqəsi olmadığı halda “X5” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsini rəhbər tutaraq sözügedən elektron qərarların doğru tərtib edildiyi cavab məktubunda bildirmişdir, Qanunun həmin maddəsinin qeyd edilən hissəsi ilə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun saq tərəfində-yol çiyinində, yol çiyni olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verildiyi əks olunur. Barəsində tərtib edilən protokollar isə Şəmsi Bədəlbəyli 86 ünvanında yolun sol tərəfində dayanma və ya durmanın qadağan edilmədiyi yerdə tərtib edilmişdir. Göründüyü kimi barəsində tərtib edilmş elektron qərarlar qanunvericiliyə zidd olaraq tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Bak şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş 21.04 2021-cı il tarixli EQ6216014 nömrəli, 23.04.2021-ci il tarixli EQ6237881 nömrəli. 26.04.2021-ci il tarixli EQ6261280 nömrəli və 07.05.2021-ci il tarixli EQ6348757 nömrəli elektron qərarların ləğv edilməsi və inzibatı xəta haqqında ış uzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ç.H.Rəhimov şikayətin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və inizbati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarından müəyyən edilir ki, üç müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə Ç.H.Rəhimovun barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, fərqli vaxtlarda törədilmiş dörd inzibati xətaya görə Ç.H.Rəhimovun barəsində qəbul edilmiş dörd inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilmiş və ayrıca inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə Ç.H.Rəhimovun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Şəhər BPİ-nin DYPİ-nin 21 aprel 2021-ci il tarixli, EQ ******* saylı, 23 aprel 2021-ci il tarixli, EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı və 07 may 2021ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti geri qaytarılsın. Şikayəçiyə izah edilsin ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar