Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4880/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları X3, X10, icra sənədi üzrə X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili “ARBİTRİUM” Vəkil Bürosunun vəkili X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən hər ay, hər iki uşaqdan 150 manat aliment borclu Şəxs alınaraq tələbkara ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt icra sənədi üzrə yığılmış 16000 manat aliment borcunun ödənilməməsi, icra məmurunun qanuni tələblərini icra etməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Fərruh oğlundan yetkinlik yaşına çatmayan uşaqları 26 avqust 1999-cu il təvəllüdlü X6 və 17 dekabr 2001-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 avqust 2009-cu il tarixdən sabit pul məbləğində hər ay 150 (bir yüz əlli) manat aliment alınıb iddiaçı X5 xeyrinə verilməsi qərara alınmışdır. İcra işi əvvəl X10 icraatında olmuşdur. X1 2016-cı ildə ərizə ilə müraciət edərək icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək X12 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən 32700 manat borcun Şəxs tutulmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X16 eyni məzmunda izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədindən məlumatlıdır. Uşaqlarının hazırda 23 və 25 yaşları var. Belə ki, tələbkar, 15 ildən sonra aylıq alimentləri əsassız və qanunsuz olaraq tələb edir. Uşaqların yetkinlik yaşına çatmadıqları zamandan hazırki dövrədək bütün xərclərini çəkmişdir. Buna görə də, tələbkər heç nə tələb etməmişdir. Qızı üçün xonça yeri açmış, oğluna maşın almışdır. Qızının Türkiyədə müalicə (əməliyyat) xərclərini qarşılamışdır. Hazırda onun (borclunun) bacısı ilə tələbkar arasında məhkəmə mübahisəsi olduğundan bu borcu tələb edir. İcra sənədi üzrə heç bir borcu olmadığının nəzərə alınaraq inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X22 borclunun dediklərinin məhkəmə tərəfindən nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə X1 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs Fərruh oğlundan xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2009-cu il tarixdən sabit pul məbləğində hər ay 150 manat aliment alınıb onun xeyrinə verilməlidir. Qətnamə icraya yönəldiləndən sonra keçən 15 il ərzində borclu Şəxs Fərruh oğlu 1 manat olsun belə aliment ödəməyərək məhkəmə aktının icrasından yayınmış, icra şöbəsi tərəfindən isə icra sənədinin icrası ilə əlaqədar heç bir qanuni tədbir görülməmişdir. Bu 15 il müddətində qətnamənin icra olunmaması ilə bağlı şikayət etməməyinin səbəbi Şəxs ona və uşaqlarına mənzil alacağı adı ilə bağlı yalan vədlər verməsi olmuşdur. Lakin qəti olaraq başa düşmüşdür ki, Şəxs ev alan deyil, onun bu vədləri qətnamənin icrasından yayınmaq üçündür. Qeyd olunanlara əsasən məhkəmə qətnaməsinin icra olunmasını, borcun ödənilməsini tələb edərək Şəxs Fərruh oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında, anasının onu və qardaşını təkbaşına böyütdüyünü, atası tərəfindən heç vaxt aliment ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında xaricdə təhsil aldığı müddətdə atasından pul istədikdə vermədiyini, atası tərəfindən heç vaxt aliment ödənilmədiyini bildirdi. Qeyd edir ki, atası ona maşın almamış, maşını etibarnamə əsasında sürməyə icazə vermiş, yəni mülkiyyətində olmamışdır. Əvvəllər aralarında münasibət normal olmuş onda da 20 (iyirmi), 30 (otuz) manat pul vermişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən edilmişdir: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Fərruh oğlundan yetkinlik yaşına çatmayan uşaqları 26 avqust 1999-cu il təvəllüdlü X6 və 17 dekabr 2001-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 avqust 2009-cu il tarixdən sabit pul məbləğində hər ay 150 (bir yüz əlli) manat aliment alınıb iddiaçı X5 xeyrinə verilməsi qərara alınmışdır. - xx.xx.2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - xx.xx.2016-cı il tarixdə, X2 rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin, borclu X17 aliment borcunu ödəyəcəyini və mənzillə bağlı problemi həll edəcəyini bildirdiyindən məhkəməyə geri qaytarılmasını xahiş etmiş, əks halda yenidən müraciət edəcəyini bildirmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. -xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş icra sənədi üzrə X1nın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinin qanuna müvafiq icra olunmasını, 32700 manat borcun tam şəkildə bocludan tutulmasını xahiş etmişdir. -xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş icra sənədi üzrə X1nın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. -xx.xx.2024-cü il tarixdə, X7 olan 32700 manat aliment borcunu qeydiyyatda olduğu ev satıldıqdan sonra tam ödəyəcəyinə, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlandırılmasına dair Şəxs tərəfindən yazılı iltizam verilmişdir. - AA5909468 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.2001-ci il təvəllüdlüdür. - AA0157581 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1999-cu il təvəllüdlüdür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4880/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4880/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver