Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4881/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 03 iyul 2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 03 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X2 vəsatət ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, şikayətçi prossesual hüquqlarını bilmədiyi üçün qərardan şikayət vermək üçün qanunverilikdə nəzədə tutulmuş müddəti ötürmüşdür. Şikayət, vəsatət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, vəsatət təmin edilməməli və şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə qərarı 03 iyul 2025-ci il tarixdə qəbul edilmişdir. Həmin qərardan şikayət isə şikayətçi tərəfindən 07 avqust 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyə əsasən inzibati tənbeh vermə haqqında qərardan şikayət qərarın surəti şəxsə rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində verilə bilər. Lakin hazırki iş üzrə şikayətçi öz şikayət ərizəsinə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı hansı tarixdə rəsmi olaraq alması barədə hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda qeyd edildiyi kimi qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərarın rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində həmin qərardan şikayət və ya protest verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, X2 həmin müddəti buraxmış və buraxılmış prosessual müddətin hansı səbəbdən buraxıldığını əsaslandırmamış, vəsatətə müddətin bərpasının təmin edilməsi üçün əsas ola biləcək heç bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 03 iyul 2025-ci il tarixli qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X2 tərəfindən şikayət verilməsi ilə bağlı müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan rədd edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 03 iyul 2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4881/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4881/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver