Məhkəmə qərarları › İş №3(006)-4886/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4886/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4886/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus telefonunda SMS radar proqramında səhər saatlarında 100 manat məbləğində cərimə olunmaqla (2 bal) inzibati xəta törətməsilə bağlı sms almışdır. EQ 24760376 saylı qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmiş - yəni 2 gündən sonra, (həmin avtomobilin idarə olunması ilə bağlı oğlu X2 etibarnamə verdiyi üçün yazılan qərarlar onun adına qeydə alınır amma həmin gün avtomobili özü idarə etmiş) proqramla qərara diqqət etdikdə məlum olmuşdur ki, pozuntu Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində qeydə alınmış və qərar TŞ-kamerası vasitəsilə çəkilmişdir. O da hər gün həmin küçə ilə gedir və həmin yoldan istifadə edir. İntizamlı sürücü olduğu üçün narahat olmuşdur ki, təlimata və qanunvericilyin tələblərinə görə elektron qurğu vasitəsilə qeydə alınmış pozuntu barədə qərar qeydə alındığı vaxtdan dərhal, gün ərzində yaxud da 24 saat müddətində qəbul edilir. O, dərhal 902 qaynar xətt xidmətinə zəng vurub tərtib edilmiş qərarla bağlı iradını bildirmişdir ki, ona xx.xx.2024-cü il tarixdə cərimə olunması ilə bağlı sms gəlmiş amma bu gün ayın 25-dir. Cavab olaraq ona bildirilmişdir ki, elə şey ola bilməz narazısınızsa qərardan şikayət verin. Ona bu kimi hallar tanış olduğu üçün dərhal həmin sms-i skrin edib saxlamışdır. Bir neçə dəqiqədən sonra artıq TŞ vasitəsilə monitor arxasında istədikəri vaxtda cərimə yazan əməkdaş səhvini düzədərək qərarda dəyiklik etmişdir. O, təkrarən 902 qaynar xəttinə qərarla bağlı müraciət edib şikayətini bildirən zaman vaxtlarının olmadığını, danışmaq istəsəniz 108-ci otağa yaxınlaşa bilərsiz deyərək telefonu söndürmüşlər. Elə bundan sonra daha da əmin olmuşdur ki, səhv edərək qanunsuz olaraq kameranı yaxınlaşdırmaqla qərar qəbul ediliməklə cərimə yazmışlar. Olmuş hadisəni necə baş verməsini qeyd edərək bildiri ki, o, xx.xx.2024-cü il tarixdə səhər saat 08:37-də həmin yolla, yəni A.Salamzadə küçəsində hərəkətdə olan zaman Yol Patrul xidmətinin əməkdaşı “Tayota prius” və “Mersedes-190” markalı (məqsədə müvafiq hesab edilərsə həmin tarixdə, saatda həmin küçədə həmin faktın baş verməsinə əmin olmaq üçün məhkəmə tərəfindən sorğu edilə bilər, yalan məlumat vermir əks halda məsuliyyət daşımağa hazırdır) avtomobilləri saxlayıb söhbət etmişlər. O da yaxınlaşıb oradan keçəndə hər iki əməkdaşla salamlaşaraq yoluna davam etmiş, həmin əməkdaşlar ona heç bir irad bildirməmişlər, nə də ki, onu saxlamamışlar. Həmin gün günün 2-ci yarısında ona zəng olunmuş və Bakı şəhəri Nəsimi rayon DYPİ-nə gəlməsi tələb edilmişdir. Səbəbini soruşmuş və getmədiyi halda barəsində cərimə tətbiq ediləcəyi bildirilmişdir. Həmin gün işdən sonra saat 20:09 radələrində Bakı şəhəri Nəsimi rayon DYPİ-nə getmiş və onu qarşılayan mülki geyimli əməkdaşdan dəvət edilməsinin səbəbini soruşmuş hüquqşünas olduğunu bildirmişlər. O, kompyuterdə onun həmin küçədə, yəni A.Salamzadə küçəsində avtobus zolağına girməsi bildirmiş və göstərmiş, o da bundan ötrü onu bura dəvət etmək lazım deyil cox səhv edib dəvət etdiklırini demişdir. Əgər qanuni pozuntu etmişsə nə üçün avtomatik olaraq (EQ) elektron qərar qəbul edilməyib? Həmin şəxs rəisin otağına keçib gəldikdən sonra “müəllim üzlirlü hesab edin, səhv etmişik'’ deyərək onu yola salmışlar. O, rəislə görüşmək istəsə də rəisin yanında kiminsə olması üzündən görüşməsi təşkil edilməmişdir. O, bundan sonra daha da arxayın olmuşdur ki, həmin yola keçmək pozuntu deyilmiş. Yəni söhbət ondan gedirki, TŞ arxasında monitorla izləmə zamanı kimi qeydə aldılar ona səhvən cərimə tətbiq edirlər. Əgər hər gün oradan keçməklə bağlı cərimə tətbiq edilsəydi o indiyə qədər ayın demək olarki 15-20 gününü həmin saatlarda həmin küçə ilə hərəkətdə olur. Əgər belədirsə, yəni həmin zolağa girməklə bağlı cərimə avtomatik olaraq tərtib edilirdisə nə üçün indiyədək onun cərimələri yazılmayıb? Deməli polisin məsuliyyətsizliyi ucbatından o kifayət qədər dövlət büdcəsinə ziyan vurmuşdur? Onuda qeyd edir ki, sürücü olaraq daima pozuntu etməməyə çalışmış və qanuni cərimə olunduğu təqdirdə dərhal cərimə məbləğini müvafiq bank hesabına ödəmişdir. Hesab edir ki, AR DİN Baş Dövlət Yol Pois İdarəsinin EQ 24760376 saylı qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, 1. əvvəla EQ qərar avtomatik olaraq tərtib edilir və heç bir düzəliş edilməsi mümkün deyil. 2. Qərarın TŞ vasitəsilə monitor arxasından əməkdaş tərəfindən tərtib edilməsi ərizəsinə əlavə etdiyi sübutlarında açıq aydın öz əksini tapır. Çünki o pozuntunu aşkar edən qurğu həmin küçənin giriş hissəsində quraşdırılmışdır. Buna görədə həmin yolda polisin canlı xidmət aparmasına ehtiyac yoxdur və monitor axasında istənilən vaxtı hansısa avtomobilin həmin yolla hərəkətini müəyyən etdiyi halda əməkdaşın qərar qəbul etməsi qanunsuzdur. 3. Necə olur ki, pozuntu xx.xx.2024-cü il tarixdə qeydə alınır və xx.xx.2024-cü il tarixdə qərar qəbul edilir. Onun 902 qaynar xəttinə müraciətindən sonra bazada dəyişiklik edilərək pozuntu xx.xx.2024-cü il tarixdə qeydə alınası olur. 4. Əgər həqiqətən həmin saatlarda həmin yolda avtobus zolağına girmək 100 manat cərimə 2 bal xəta ilə qiymətləndirilirsə nə üçün xx.xx.2024-cü il tarixdə, həmin tarixə qədər və bu günə qədər həmin pozuntularla bağlı nə üçün onun barəsində cərimə qərarları qəbul edilməmişdir? Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan SMS radar proqramı vasitəsilə göndərilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan SMS radar proqramı vasitəsilə göndərilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Republikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi 23 noyabr 2024-cü il tarixdə törədilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməmişdir. İnzibati orqanın təhlükəsiz şəhər müşahidə-nəzarət kameraları xüsusi texniki vasitə olmadığını iddia etsə də, bu əsaslı olmamışdır. Çünki, İXM-in 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Bunan başqa, qeyd edilən inzibati xəta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar tərtib edilərək X4 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyin tələbinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda, X1 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24760376 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar