Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4889/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-235/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1lan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2əməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-235/2023 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi təzə tikili ünvanına (abonent kodu **********30314) elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" ASC-yə qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş və Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-235/2023 saylı icra sənədi ilə bağlı tələbkar A.İ.İsmayılovun istifadəsində olan ********** mobil nömrə ilə əlaqə saxladıqda o, icra sənədinin "xxxx" ASC tərəfindən təmin olunduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-235/2023 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi təzə tikili ünvanına (abonent kodu **********30314) elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" ASC-yə qadağan edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmişdir. Könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu "xxxx" ASC-nə inzibati məsuliyyət barədə xəbərdarlıq və bildiriş göndərilərək icra sənədinin icrasını təmin olunması tələb olunmuşdur. Tələbkar xx.xx.2023-cü il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, məhkəmə qərarının bugünədək icra olunmadığını və qərarın icrasının təmin edilməsini xahiş etmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu "xxxx" ASC tərəfindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-235/2023 saylı icra vərəqəsi icra edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi təzə tikili ünvanına (abonent kodu **********30314) elektrik enerjisinin verilməsinin dayandırılması aradan qaldırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə tələb borclu tərəfindən icra edildiyindən icra sənədinin qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta hadisəsi hal-hazırda mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4889/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4889/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver