Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4892/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (01400-05687/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində xx.xx.2022-ci il tarixli, **********1769 saylı gömrük bəyannaməsi üzrə 8.294,81 ABŞ dolları (14.101,17 manat) məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsini təmin etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, MMC ilə Rusiyada fəaliyyət göstərən "xxxx" şirkəti arasında xx.xx.2021-ci il tarixli, Rim/45565/21 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Şəxs MMC müxtəlif vaxtlarda həmin şirkətə plastik yeşiklərdə almalar göndərmişdir. 603,47 ABŞ dolları, 504,35 ABŞ dolları, 1.618,05 ABŞ dolları, 2.330,33 ABŞ dolları, 1.024,84 ABŞ dolları, 823,43 ABŞ dolları, 959,47 ABŞ dolları, 430,87 ABŞ dolları dəyərində, ümumilikdə 8.294,81 ABŞ dolları məhsulun keyfiyyətində qüsur aşkarlanması və bonus verilməsi səbəbindən "xxxx" şirkəti tərəfindən həmin məbləğlərdə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, Rİ4-22-006329 nömrəli, xx.xx.2022-ci il tarixli, Rİ4-22-007113 nömrəli, xx.xx.2022-ci il tarixli, 041022-N4 nömrəli pretenziyalar, xx.xx.2022-ci il tarixli, **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bonus ödəniş aktları, xx.xx.2022-ci il tarixli, Rİ4-22-006979 nömrəli, xx.xx.2022-ci il tarixli, Rİ4-22-006331 nömrəli və xx.xx.2022-ci il tarixli, Rİ4-22-007034 nömrəli pretenziyalar və qeyd edilən məbləğlərə uyğun Şəxs MMC tərəfindən kredit notlar qarşı tərəfə təqdim olunmuşdur. Bununla da "xxxx" MMC-nin Şəxs MMC-yə ödəməli olduğu pul vəsaiti təqdim olunan kredit notlar və bonuş ödəniş aktları ilə əvəzləşdirilmiş, hər hansı borc öhdəliyi qalmamışdır. Bu məsələ ilə əlaqədar Şimal Ərazi Baş Gömrük İdarəsinə məktub ünvanlanaraq ümumi dəyəri 8.294,81 ABŞ dolları təşkil edən malların bir hissəsində qüsur aşkarlanması və Şəxs MMC tərəfindən qarşı tərəfə endirim məbləğinin təyin edilməsi səbəbindən borc məbləği yarandığı qeyd edilmiş, lakin sözügedən səbəblər nəzərə alınmamışdır. Bununla belə, qeyd etdiyi məsələ ilə bağlı tam və müfəssəl qaydada məlumat verilməsi, o cümlədən "xxxx" şirkətində və MMC-də olan sənədlərin məhkəməyə təqdim olunması üçün iclasın qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Bügünki məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələri gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • xx.xx.2022-ci il tarixli **********1769 saylı gömrük bəyannaməsinə görə Şəxs MMC tərəfindən Rusiyada fəaliyyət göstərən “RİTEYL İMPORT” şirkətinin ünvanına xx.xx.2021-ci il tarixli, Rim/45565/21 saylı və xx.xx.2021-ci il tarixli, AG-011 saylı müqavilələr üzrə 13.180,44 ABŞ dolları dəyərində plastik yeşiklərdə alma ixrac olunmuşdur; • 03.04.2023-cü il tarixli raporta görə Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********1769 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 8.294,81 ABŞ dolları (14.101,17 manat) təşkil edir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən “RİTEYL İMPORT” şirkəti arasında xx.xx.2021-ci il tarixli, Rim/45565/21 saylı və xx.xx.2021-ci il tarixli, AG-011 saylı müqavilələr bağlanılmışdır. Həmin müqavilələrə uyğun olaraq MMC tərəfindən bu şirkətə 13.180,44 ABŞ dolları dəyərində plastik yeşiklərdə xx.xx.2022-ci il tarixdə alma göndərilmiş, lakin ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına qalıq qalan 8.294,81 ABŞ dolları (14.101,17 manat) köçürülməsini təmin etməmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi izahatında göstərdiyi hallarla bağlı zəruri sənədləri məhkəməyə təqdim olunacağını bildirsə də, o bügünki məhkəmədə iştirak etməmişdir. Məhkəmə bu halı sübutu təqdim edə bilməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 8.294,81 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi – 2.488 (iki min dörd yüz səksən səkkiz) ABŞ dolları 44 (qırx dörd) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4892/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4892/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver