Məhkəmə qərarları › İş №3(006)-4899/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4899/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4899/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs ASC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Şamilli Nicat Kamran oğlunun iştirakları ilə Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 55, məhəllə 384, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs ASC mülkiyyətində olan “X4” markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 12:32-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Şamilli Nicat Kamran oğlu izahatında göstərdi ki, şirkət “X3” ASC-nin törəmə müəssisəsidir. Cəmiyyətin mülkiyyətində olan “X4” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü tərəfindən xx.xx.2023-cü il tarixdə dayanma-durma qaydalarının pozulması ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən cəmiyyətə bildiriş göndərilmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə “X3” ASC tərəfindən qəbul edilmişdir. Şirkətin hüquqi ünvanının ünvan 2a baxmayaraq, qurum faktiki olaraq icarə müqaviləsinə əsasən Bakı şəhəri, 8 Noyabr prospekti, ev 15, “Azure” Biznes Mərkəzində fəaliyyət göstərir. Xəbərnaməni qəbul edən şəxs "xxxx" ASC-nin əməkdaşı bankın sənəd dövriyyəsinə uyğun olaraq bildirişi digər əməkdaşıa təqdim etmiş, sonuncu da öz növbəsində xx.xx.2023-cü il tarixdə bu bildirişi şirkətə elektron poçtla göndərmişdir. Həmin məlumat şirkətə təqdim edilən kimi xx.xx.2023-cü il tarixdə dərhal qeyd olunan məsələyə dair məlumat Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə məktubla göndərilibdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Nəsimi Rayon Dövlət X5 məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs ASC-dən şirkətə məxsus “X4” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin şirkətə çatdırılmışdır; • Şəxs ASC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Dövlət X6 ünvanlanmış xx.xx.2023cü il tarixli, UC-PO-135 saylı məktubdan aydın olur ki, həmin sorğuya dair məlumat təqdim edilir. Beləliklə aydın olur ki, Şəxs ASC-dən şirkətə məxsus “X4” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində 5 gün ərzində məlumatın verilməsinə dair Bakı şəhər Nəsimi Rayon Dövlət X5 sorğusu ASC tərəfindən cavablandırılmışdır. Belə olan halda isə iş üzrə inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar