Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-49/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12, Şikayət vermiş şəxs Barış Altınparmakın vəkili və nümayəndəsi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Barış Altınparmakın vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tenbeh vermə haqqında" qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barış Altınparmakın vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli "İnzibati tenbeh vermə haqqında" qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X25 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* Ns-li inzibati tənbeh vermə haqqında qərarı ilə “X36 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru X20 Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 750 (yedi yüz əlli) manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassızdır, hesab edirik ki, məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, qərara görə Şirkətin əməkdaşları olan X13, X4, X14, X2, X8 əməyin mühafizəsi normaları və qaydaları üzrə biliklərinin yoxlanmasının təşkili təmin edilməmiş, nəticədə Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbləri pozulmuşdur. X1suzluğu ilə bağlı: Barış Altıparmak barəsində MN ******* saylı, 06 dekabr 2023-cü il tarixli X28 protokol tərtib edilmişdir. Protokolun tərtibində, tərtib edən qurum tərəfindən növbəti qanun pozuntularına yol verilmişdir: Protokolda inzibati xətanın törədildi yer göstərilməmişdir. Bununla da İXMnin 100.1.4ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin protokolda “müəyyən edilmiş sübutlar” yəni xətanın törədilməsi faktının nə ilə təsdiq olunması hissəsində xəta törədilməsi barədə sübutlar qeyd edilməmişdir. Bundan əlavə, bildiririk ki, X28 protokolun tərtib edilmə müddəti ötürülmüşdür, yəni protokol tərtib edilən zaman İXM-nin 101-ci maddəsinin tələbləri pozulubdur. İXM-nin 109.1.6-ci maddəsinə görə ... protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qərarla bağlı: Şirkətin əməkdaşları olan X13, X4, X14, X2, X8 əməyin mühafizəsi normaları və qaydaları üzrə biliklərinin yoxlanmasının təşkili ilə bağlı olaraq barəsində X28 qərar qəbul edilmiş Barış Altıparmak özündən asılı olan bütün tədbirləri görmüşdür. Lakin X28 qərar qəbul edilən zaman bu hal nəzərə alınmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, barəmdə qəbul edilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X28 işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Barış Altınparmakın nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, "Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin 4-cü bəndinə görə: İşə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, X22 ' ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır, işçi elə həmin gündə işə başlamışdır, xx.xx.2023-cü il tarixli, 0105/23BY Ne-li protokoldan görünür ki, işçinin biliklərinin yoxlanılması xx.xx.2023-cü il tarixdə, yəni işə başladığı tarixdən bir aydan gec olmayaraq təmin edilmişdir. X19 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır, işçi həmin gün işə başlamışdır, onun biliklərinin yoxlanması xx.xx.2023-cü il tarixədək təmin edilməlidi idi, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0105/23BY Ns-li protokoldan görünür ki, işçinin biliklərinin yoxlanılması xx.xx.2023- cü il tarixdə, yəni işə başladığı tarixdən bir aydan gec olmayaraq təmin edilmişdir. X9 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır, işçi həmin gün işə başlamışdır, onun bilikərinin yoxlanılması xx.xx.2023- cü il tarixədək təmin edilməli idi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0405/23BY Nsli protokoldan görünür ki, işçinin biliklərinin yoxlanması xx.xx.2023-cü il tarixdə təmin edilmişdir. X16 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış, işçi həmin tarixdən işə başlamışdır. Biliklərin yoxlanması bir ay ərzində yəni xx.xx.2023- dək keçirilməli idi. Lakin işçinin idarə etdiyi avtomobil xx.xx.2023-cü il tarixdə qəzaya uğramışdır, qəza nəticəsində avtomobildə olan digər şəxs vəfat etmişdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başlamışdır. Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə işçi təqsirli bilnmişdir. Həmçinin hökmdən də görünür ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşçi ilə bağlanan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Tərəfindən məhkəməyə təqdim edilən iş vaxtının uçotu tabellərindən də görünür ki, işçi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməmişdir. Bu səbəbdən də işçinin biliklərinin yoxlanılmasının təmin edilməsi mümkünsüz olmuşdur. Bunda işəgötürənin təqsiri olmamışdır. X23 - ilə əmək müqaviləsi - xx.xx.2023-cü il tarixdə bağlanmış, işçi elə həmin gündə işə başlamışdır. Əsasnaməyə görə biliklərin yoxlanamsı xx.xx.2023-cü il tarixədək keçirilməli idi. Lakin onunla bağlanan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi işçi heç bir tam ay işləməmişdir, bununla da həmin işçiyə münasibətdə biliklərin yoxlanılmaması ilə bağlı işəgötürənin məsuliyyəti yaranmamışdır. Göründüyü kimi qeyd edilən 5 nəfər işçinin, 3 nəfərinin bilikləri yoxlanmış, 1 nəfəri işə başladığı tarixdən 1 ay tamam olmadan işdən çıxmış, 1 nəfər isə barəsində olan qətimkan tədbiri ilə bağlı və ya digər səbəblə işə gəlməmişdir. Həmçinin qeyd edir ki, Şirkətin qeyd edilən işçiləri fəaliyyətlərini işğaldan azad olunan ərazilərdə icra edirdilər. İşçilərlə bağlı sənədlər də, Şirkətin həmin ərazilərdə olan məntəqələrində saxlanılırdı, sənədlərin saxlanması, təqdim edilməsi, onların surətlərinin və ya əsillərinin təqdim edilməsi forsmajor səbəblərdən gecikir və ya ümumiyyətlə mümkün olmur. Bildirir ki, xx.xx.2023-cü il tarixdə işğaldan azad olunan ərazilərdə başlayan lokal xarakterli antiterror tədbirləri ilə bağlı olaraq Şirkət həmin ərazilərdə fəaliyyətini dayandırmışdır, işçilər təxliyə edilmişdir, işçilərin mərhələlər ilə geri qayıdışı xx.xx.2023- cü il tarixdən başlamışdır. Bu səbəbdən də biliklərin yoxlanılması protokolları və digər sənəd və məlumatlar DƏMX-nə tələb etdikləri zaman ərzində təqdim edilə bilinməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X24 izahatında göstərdi ki, X21 Əmək Müfəttişliyi Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vemə haqqında qərardan verdiyi şikayət onunl əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli X28 protokolda inzibati xətanın törədildiyi yer göstərilməmiş, habelə protokolun “müəyyən edildi hissəsində” sübutlar göstərilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, şikayətdə göstərilən hallar əsassızdır, X25 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarı qüvvədə saxlanılmalıdır. İlk növbədə bildiririk ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən X28 protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın X28 iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. X28 protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin X28 işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan inzibati xətalar haqqında işlərə baxarkən X28 protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş X28 protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. İnzibatı Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, X28 ış üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, X28 işə yenidən baxan səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərardan verilmiş şikayətə baxılması zamanı araşdırma yalnız qərar ilə məhdudlaşır və belə olan halda şikayətçinin X28 protokol ilə bağlı qeyd etdiyi halların araşdırılması öz əhəmiyyətini itirir. Eyni zamanda X13 ölümü və X6 xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması zamanı adları çəkilən iki nəfər və digər işçilərin işəgötürən tərəfindən biliklərinin yoxlanılmasının həyata keçirilmədiyi müəyyən edilmiş, müəssisə həmin sənədləri təqdim edə bilməmiş və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsininin (Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini təmin etməlidirlər) tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Barış Altıparmak tərəfindən verilmiş şikayətin təmin edilməməsi və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə Qərarın qəbul edilməsi xahiş edilir. Məhkəmə, proses iştirakçılarının çıxışlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin 06 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “X28” protokolundan görünür ki, X13, X4, X14, X7 və X8 əməyin mühafizəsi normaları və qaydaları üzrə bilikləinin yoxlanmasının təşkili təmin edilməmiş və nəticədə Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Barış Altıparmak tərəfindən Azərbaycan Respublikası İXM-in 198.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Əmək müqabiləsinin bağölanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X22 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. “X36 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0105/23BY nömrəli protokoldan görünür ki, X13 biliklərinin yoxlanılması xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Əmək müqabiləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X19 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. “X36 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0105/23BY nömrəli protokoldan görünür ki, X8 biliklərinin yoxlanılması xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Əmək müqabiləsinin bağölanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. “X36 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0405/23BY nömrəli protokoldan görünür ki, X2 biliklərinin yoxlanılması xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Əmək müqabiləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Xocalı Rayon Məhkəməsinin 1(070)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Ərəbov Tehran oğlunun ölümünə və X8 az ağır bədən xəsarəti almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Əmək müqabiləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X23 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X23 ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barış Altınparmakın xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X15 oğlunun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından X28 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin tələblərinə görə müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin Kollegiyasının “19-3” nömrəli “26” avqust 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin 4-cü bəndinə görə: İşə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində X28 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X28 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Hazırki iş üzrə proses iştirakçılarının izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X22, X31 və X3 münasibətdə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliği onlar işə başladıqları tarixdən bir aydan gec olmayaraq təmin edilmişdir. X11 münasibətdə isə vəzifəli şəxs tərəfindən bu vəzifənin yetinə yetirilməməsi onun idarə etdiyi avtomobillə xx.xx.2023-cü il tarixdə (əmək müqaviləsi bağlanıldığı tarixdən 1 ay keçməmiş) qəzaya uğraması və cinayət məsuliyyətinə cəlb edilməsi olmuşdur. Həmçinin, məhkəməyə təqdim edilən iş vaxtının uçotu tabellərindən də görünür ki, işçi xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək işə gəlməmişdir. X17 münasibətdə isə onunla bağlanan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə (1 ay tamam olmamış) xitam verilmişdir. Belə olan təqdirdə, Barış Altınparmak Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab oluna bilməz. Məhkəmə, hüququn ədalətlilik, təqsirə görə məsuliyyət və təqsirsizlik prezumpsiyası prinsiplərini rəhbər tutaraq qeyd edir ki, fərd ancaq hüquqazidd əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər. Təqsirlə bağlı olmayan, yəni qəsd və ya ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət yarana bilməz. Şəxs yol verdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdirsə və ya dərk etmək imkanından məhrum edilmişdirsə belə əməl onun üçün məsuliyyət yarada bilməz. Təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə məsuliyyətə alma obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Beləliklə şərh edilənlər onu deməyə əsas verir ki, Barış Altınparmakın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması üçün səbəblər və əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, X28 iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara X28 iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və X28 iş üzrə icraatı rədd edən halların olmaması X28 işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X28 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X28 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X28 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X28 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Barış Altınparmakın vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli, Barış Altınparmak barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və X28 iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barış Altınparmakın vəkili və nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və X28 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-49/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-49/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver