Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-49/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 iştirakı ilə "xxxx" (əvvəlki adı Şəxs MMC, hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 24; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə "xxxx" MMC (əvvəlki adı Şəxs MMC) tərəfindən X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, protokolu tərtib etmiş qurumun və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X5 xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətində qeyd olunur ki, Şəxs MMC tərəfindən onun barəsində hesablanan son haqq-hesab düzgün hesablanmamışdır; • X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd olunur ki, Şəxs MMC onun son haqq-hesabını düzgün hesablamamışdır. O, oktaybr ayından orada çalışdığı təqdirdə onu dekabr ayında qeydiyyata almışlar. Məzuniyyətə çıxmamış, may ayının sonu işdən çıxma barədə ərizə yazmış və 15 gün işləyib ayrılmışdır. Onun son haqq-hesabı 345 manat hesablanmış, amma o, 1.000 manat əmək haqqı almışdır; • “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə X7 "xxxx" MMC-də (VÖEN: **********) aşpaz vəzifəsində işləyir, əmək müqaviləsinin bağlanıldığı tarix xx.xx.2023-cü il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2024-cü il qeyd olunur. Bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilib; • “e-taxes.gov.az” saytından olan çıxarışa görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində SECRET GARDEN MMC (VÖEN: **********) əvvəllər Şəxs MMC (VÖEN: **********) adı ilə fəaliyyət göstərmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 3(006)- 3874/2024 saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru X1 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunur ki, X6 tərəfindən "xxxx" MMC-nin rəhbəri barəsində 12 avqust 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini törətməkdə təqsirli bilinərək 3.000 manat cərimə olunmuşdur. Qərarda göstərilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X2 tərəfindən "xxxx" MMC-nin direktoru X3 yazılmış ərizəyə və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdən “aşpaz” vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, X5 işə başlama tarixi xx.xx.2023-cü il tarixdən hesablanmışdır; • Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 3(103)-2731/2024 saylı qərarına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından "xxxx" MMC (əvvəlki adı Şəxs MMC) barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün "xxxx" MMC-nin (əvvəlki adı Şəxs MMC) rəhbəri barəsində 12 avqust 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 3(006)- 3874/2024 saylı qərarı ilə "xxxx" MMC-nin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 3(103)-2731/2024 saylı qərarına əsasən təmin edilməmiş və rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı məhkəmənin artıq qüvvəyə minmiş qərarı mövcud olduğundan və fakt öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); - Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); - Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC (əvvəlki adı Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-49/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-49/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver