Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-490/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 23.07.2015-ci il tarixli, BD-066 saylı inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “xxxx” MMC qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 23.07.2015-ci il tarixli, BD-066 saylı qərarına əsasən şirkət 01.03.2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsi ilə təqsirli bilinərək 9.000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan cəmiyyətin “xxxx” ASC bank hesabına Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən qoyulmuş məhdudiyyətdən sonra 08.07.2020-ci il tarixdə məlumatlı olmuşlar. Bu qərar əsassız hesab olunmalı, çünki orada qeyd olunan inzibati xətanın törədilməsi ilə əlaqədar cəmiyyətin əvəzinə fiziki şəxs məsuliyyətə cəlb edilməli idi. Belə ki, 01.04.2015-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Kempinski” otelin və Yasamal Rayon Məhkəməsinin arxa tərəfində yerləşən “xxxx” deyilən əraziyə bərk və məişət tullantılarının boşaldılması MMCyə məxsus olmuş “Kamaz” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı sürücüsü tərəfindən yol verilmişdir. Belə olan halda da həmin sürücü barəsində inzibati məsuliyyət tədbiri görülməli idi. Göstərilənləri nəzərə alaraq, “xxxx” MMC-nin işçisi olmuş fiziki şəxs barəsində inzibati məsuliyyət tədbiri görülərək 700 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 23.07.2015-ci il tarixli, BD-066 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Bu qərardan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin hüquqi varisi) tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərarı ilə rayon məhkəməsinin sözügedən qərarı ləğv olunaraq iş yenidən araşdırılması üçün bu məhkəməyə göndərilmişdir. Şikayətçi “xxxx” MMC-nin nümayəndəsi Anar Nağıyev tərəfindən məhkəməyə ərizə ünvanlayıb hazırda mübahisələndirilən qərara xitam verilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət olunduğundan işə məhkəmədə mahiyyəti üzrə baxılmasından imtina edildiyini bildirərək onun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq şikayətçi və qərarından şikayət verilən qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə “xxxx” MMC tərəfindən daxil olmuş hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatəti nəzərə alaraq hesab edir ki, bu vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin (hüquqi varisi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) 23.07.2015-ci il tarixli, BD-066 saylı inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-490/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-490/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver