Məhkəmə qərarları › İş №3(006)-4900/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4900/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4900/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 iştirakı ilə Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 13; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixdə yoxlamadan keçirilməmiş ölçmə vasitələri istifadə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə guya kənar xətt aşkarlanaraq Şəxs ASC tərəfindən R356672 saylı akt tərtib olunmuş və elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. Borc hesablanarkən elektrik qəbuledicilərinin gücü nəzərə alınmışdır. Aktda elektrik qəbuledicilərinin gücü hansı alətlə yoxlanıldığı, həmin alətin tipi, markası, modeli, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir; - Şəxs ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R356672 saylı Akta görə X1 yaşadığı Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 8, mənzil 3-də elektrik sayğacı yoxlanılan zaman mənzilə kənar xəttin çəkilməsi aşkar olunmuşdur; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs ASC-yə göndərilən xx.xx.2024-cü il tarixli, 3-21-1/2-B-227-5/2024 nömrəli məktuba əsasən vətəndaş X3 müraciətində Cəmiyyətin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı kənar xətlərin aşkarlandığını, bununla əlaqədar borcun hesablandığını və ölçmə vasitəsinin yoxlamadan keçirilməsi barədə məlumatların tərtib edilmiş aktda göstərilmədiyini qeyd etmişdir. Bununla əlaqədar istifadə olunan ölçmə vasitələrinin tipinin təsdiq olunması və yoxlanılma keçirilməsi barədə təsdiqedici sənədlərin surətinin Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur; - Şəxs ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, vətəndaş X1 müarciətində qeyd olunan mənzildə elektrik enerjisindən istifadə olunması faktı foto və video vasitələrlə qeydə alınmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Məişət abonentlərinə münasibətdə elektrik qəbuledicilərinin gücünün ölçülməsi “Ampertutqac” vasitəsilə ölçülmüşdür. Bu kimi ölçmələrin aparılması üçün xüsusi qurğuların yoxlamadan keçirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzdində fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, hazırki inzibati xətanın törədildiyi gündən artıq 04 aydan artıq müddət keçmişdir. Belə ki, inzibati xətanın törədildiyi vaxt – mənzildə kənar xəttin aşkar olunduğu vaxt, yəni xx.xx.2024-cü il tarixidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Belə olan halda hesab edirəm ki, müddətin keçməsi ilə bağlı Şəxs ASC inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar