Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4918/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs QSC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 7633/2024 saylı məktubu ilə tələb edilən sənədlər (2023-cü ilə dair emitentin illik hesabatı) müəyyən edilmiş müddət ərzində Şəxs QSC tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, qanunvericiliyin tələblərinə əsasən inzibati protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi icraata cəlb edilməli və həmin protokolda həmin nümayəndənin izahatları öz əksini tapmalıdır. Halbuki, Mərkəzi Bankın xx.xx.2024cü il tarixli, 6-1-26/2-7633/2024 nömrəli məktubunda emitentin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyinin göndərilməsi bildirilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını qeyd edilsə də, həmin maddəni əsas tutub protokol tərtib edərkən cəmiyyətə bildiriş və ya protokolun tərtib edilməsi ilə bağlı rəsmi qaydada heç bir məktub təqdim edilməmiş, barəsində inzibati həta haqqında iş üzrə icraatı aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş və hüquqi şəxs dinlənilmək hüququndan məhrum edilmişdir. Lakin, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Qeyd olunanlara əsasən inzibati xəta haqqında protokol tərtib olunarkən “İMZALAR” hissəsindən göründüyü kimi Avromed Company” QSC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatı alınmamış, bu barədə protokolda hər hansı bir qeydiyyat aparılmamışdır. Göründüyü kimi, protokol tərtib olunarkən cəmiyyətin hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, Şəxs QSC tərəfindən 2023-cü ilə dair bu hesabat xx.xx.2024-cü il tarixdə Şəxs QSC-nin Emitentlərin İdarəetmə hesabatında təsdiq edilmiş və bu barədə Mərkəzi Banka məlumat verilmişdir. Lakin iş yükünün çoxluğu ilə əlaqədar emitentin illik hesabatı vaxtında Mərkəzi Banka təqdim olunmadığından Şəxs QSC barəsində protokol tərtib edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan materiallara görə: • Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs QSC-yə ünvanlanmış 6-1-26/2-7633/2024 saylı məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.2 və 107-1.3cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Eyni zamanda, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunur. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəyi göstərilmişdir; • “AzeriExpress” poçt daşıma xidmətinin A678127 saylı qəbzinə əsasən həmin məktub xx.xx.2024-cü il tarixdə Şəxs QSC-yə “Alıcı” - “Kazımova” tərəfindən imza atılmaqla çatdırılmışdır; • Şəxs QSC-nin xx.xx.2024-cü il tarixli X1 07 saylı protokolu ilə QSC-nin emitentin illik hesabatının ilin nəticələri üzrə hazırlanması, 2023-cü ilin sonuna maliyyə hesabatlarının və onun yoxlanılması üzrə kənar auditin keçirilməsi qərara alınmışdır; • Mərkəzi Banka elektron poçt vasitəsilə (mailto:Narmin_Aliyeva@cbar.azElektron ünvan ) xx.xx.2024-cü il tarix, saat 13:27-də göndərilmiş məktuba (Günel Əmirovanın adından) xx.xx.2024-cü il tarixli Ümumi yığıncağın protokolunun, 2023-cü ilin Emitentlərin hesabatının və 2023-cü il üzrə Auditor hesabatının əlavə edilməsi qeyd olunmuşdur. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmədə müəyyən olunur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs QSC-yə ünvanlanmış 6-1-26/2-7633/2024 saylı məktubda 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunsa da, QSC tərəfindən buna riayət olunmamış, tələb olunan sənədlər yalnız xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: • Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir (75.2-ci maddə); • Emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla); idarəetmə hesabatı (75.3-cü maddə); • İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir (75.5ci maddə); • Qiymətli kağızlar bazarının tənzimlənmə və nəzarətin əsas vəzifələrinə, həmçinin bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əməl edilməsinə nəzarət etmək, onların pozulması halları aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün icrası məcburi göstərişlər vermək aiddir (83.1.9-cu maddə). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4918/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4918/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver