Məhkəmə qərarları › İş №3(006)-4921/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4921/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4921/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, mənzil 01; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 43.886,43 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti arasında xx.xx.2022-ci il tarixdə malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satıcı xx.xx.2022-ci il tarixə və ya ondan əvvəlki tarixə qədər müqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermək və çatdırılmasını təmin etmək öhdəliklərini üzərinə götürmüşdür. Satın alınan mallar kosmetik məhsullar olmuşdur. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan Respublikasına deyil, Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına razılıq əldə edilmişdir. Belə ki, bu müqavilə ilə yanaşı Şəxs MMC ilə həmçinin Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti ilə Şəxs MMC arasında bağlanılmış müqaviləyə əsasən alınmış kosmetik məhsullar Şəxs MMC tərəfindən "xxxx" şirkətinə satılmışdır. Hər iki müqavilənin dəyəri (müqavilələrin 2.4-cü bəndinə əsasən) 1.000.000,00 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Göstərilən əməliyyatlarını əsası o, olmuşdur ki, yuxarıda istinad olunan hər iki müqavilənin bağlanmasından öncə hazırda təqdim olunan xx.xx.2022-ci il tarixdə aşağıda adları qeyd olunan beş hüquqi şəxs arasında “Agent (Vasitəçi)” müqaviləsi bağlanılmışdır. Belə ki, həmin müqavilədə “Agent (Vasitəçi)” rolunu oynayan Şəxs MMC, “Prinsipial” rolunu oynayan "xxxx" şirkəti, “Təchizatçı” rolunu oynayan “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti və “Subagentlər” rolunu oynayan "xxxx" və "xxxx" şirkətləri aralarında rəsmi təsdiq olunmuş saziş mövcuddur. Həmin sazişin 2-ci bəndində qeyd olunan şərtlərdən müəyyən olunur ki, Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı-satqı əməliyatlarında “Vasitəçi (Agent)” rolunu oynamışdır. Hətta bu haqda "xxxx" şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə eyni tarixli 27 nömrəli həmin səlahiyyətlər etibarnamə ilə təsdiq edilmişdir. Belə ki, “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti və "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq Şəxs MMC-nin “Vasitəçi” olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə 58.823,67 ABŞ dollar dəyərində kosmetik məhsullar Rusiya Federasiyasına idxal edilmişdir. xx.xx.2022-ci il tarixli “Agent” müqaviləsinin şərtlərinə uyğun olaraq Şəxs MMC ilə xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən neft məhsulları Şəxs MMC tərəfindən alınmış, lakin daha sonra Şəxs MMC ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında eyni tarixdə, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" şirkətindən alınmış neft məhsulu "xxxx" şirkətinə satılmışdır. Eyni zamanda, yuxarıda istinad edilən hər dörd müqavilə üzrə Şəxs MMC-nin vasitəçi olması MMC-nin rəhbərliyi tərəfindən "xxxx" şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla da müəyyən olunur. Məhz həmin məktubların məzmunlarından görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır. Hazırda məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək “Satıcı” rolunu oynayan "xxxx" şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə 55.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9.000 ABŞ dolları, yəni cəmi 64.000 ABŞ dollar pul məbləğində vəsait Şəxs MMC-ni hesabına köçürülmüşdür. Daha sonra həmin vəsaitdən xx.xx.2022-ci il tarixdə 43.886,43 ABŞ dollar pul “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Yəni, buradan göründüyü kimi, Şəxs MMC həmin vəsaitin sahibi olmamış, yalnız bu əməliyyatda “Vasitəçi (Agent)” şirkəti olmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 43.886,43 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, 0801/2022 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, 145927 saylı invoys ilə bağlı xx.xx.2022-ci il tarixdə 43.886,43 ABŞ dolları məbləğində pul göndərilmişdir; • Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Malların alqı-satqı” müqaviləsinə əsasən satıcı xx.xx.2022-ci il tarixə və ya ondan əvvəlki tarixə qədər müqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermək və çatdırılmasını təmin etmək öhdəliklərini üzərinə götürmüşdür. Satın alınan mallar kosmetik məhsullar olmuşdur. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan Respublikasına deyil, Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına razılıq əldə edilmişdir; • xx.xx.2022-ci il tarixli, xx/xx/2022-T-5 saylı “Agent” müqaviləsinə əsasən Şəxs MMC “Agent (Vasitəçi)” qismində, "xxxx" şirkəti “Prinsipial” qismində, “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti “Təchizatçı” qismində və "xxxx" və "xxxx" şirkətləri isə “Subagentlər” qismində çıxış edir. Bu müqaviləyə görə Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı-satqı əməliyatlarında “Vasitəçi (Agent)” rolunu oynayır. Həmin müqaviləyə əsasən Prinsipal, öz növbəsində, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada, Agenti tapşırığın yerinə yetirilməsi üçün qeyd-şərtsiz vəsaitlə təmin etməyi və Agentin hazırladığı şərtlərlə müqavilələr bağlamağı öhdəsinə götürür. Prinsipal tərəfindən tələb olunan, satın alınmasını və ödənişin yerinə yetirilməsini Prinsipalın Agentə tapşırdığı mallara münasibətdə, X2 tərəfindən imzalanmış tapşırığı göndərir. Prinsipal tərəfindən tapşırığın imzalanması Agentin adından malların alınması və ödənişin həyata keçirilməsi üçün “Təchizatçı” ilə Müqavilə bağlamaq üçün Prinsipaldan Agentə verilən tapşırığı, Prinsipalın Agentə kompensasiya təmin etmək, Prinsipalın tapşırıqlarına uyğun olaraq Agent tərəfindən alınmış malların tədarükü üçün gələcəkdə Müqavilə bağlamaq kimi qeyd-şərtsiz öhdəliyi, "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən əməliyyatdan əldə edilən vəsaitdən istifadə olunarak Agent tərəfindən Prinsipalın tapşırığına uyğun olaraq malların alınması, Prinsipalın Agentə malların tədarükü üzrə öhdəliklərini ödəmək üçün Agentin adından Agentin "xxxx" MMC-yə (RF) olan borcunu ödəməsi, Prinsipala mallara çatdırılma ünvanı: RF, Moskva şəh., Volqoqradskiy prospekti, 42, bina 23-ü təsdiq edir; • xx.xx.2022-ci il tarixli, 27 saylı etibarnaməyə əsasən "xxxx" MMC tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə həmin səlahiyyətlər təsdiq edilmişdir; • 10013160/151122/3552601 saylı gömrük bəyannaməsinə görə “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti və "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq Şəxs MMC-nin “Vasitəçi” olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə 58.823,67 ABŞ dollar dəyərində kosmetik məhsullar Rusiya Federasiyasına idxal edilmişdir; • xx.xx.2022-ci il tarixli, 643DİP-031A-1 saylı müqaviləyə əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti Şəxs MMC-yə neft məhsulları satmağı öhdəsinə götürür; • xx.xx.2022-ci il tarixli, 031A-268/1 saylı müqaviləyə əsasən Şəxs MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinə neft məhsulları satmağı öhdəsinə götürür; • Şəxs MMC tərəfindən "xxxx" şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarda Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır; • Şəxs MMC-nin "xxxx" ASC-dən olan hesabındakı çıxarışa görə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 55.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9.000 ABŞ dolları, cəmi 64.000 ABŞ dollar pul məbləğində vəsait Şəxs MMC-ni hesabına köçürülmüşdür. Daha sonra həmin vəsaitdən xx.xx.2022-ci il tarixdə 43.886,43 ABŞ dolları pul “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti arasında “Malların alqı-satqısı haqqında” xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmış və müqaviləyə görə satıcı xx.xx.2022-ci il tarixə və ya ondan əvvəlki tarixə qədər müqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermək və çatdırılmasını təmin etmək öhdəliklərini üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan Respublikasına deyil, Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına razılıq əldə edilmişdir. xx.xx.2022-ci il tarixli, xx/xx/2022-T-5 saylı “Agent” müqaviləsinə əsasən Şəxs MMC “Agent (Vasitəçi)” qismində, "xxxx" şirkəti “Prinsipial” qismində, “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti “Satıcı” qismində və "xxxx" və "xxxx" şirkətləri isə “Subagentlər” qismində çıxış edir. Bu müqaviləyə görə Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı-satqı əməliyatlarında “Vasitəçi (Agent)” rolunu oynayır. Həmin müqaviləyə əsasən Prinsipal, öz növbəsində, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada, Agenti tapşırığın yerinə yetirilməsi üçün qeyd-şərtsiz vəsaitlə təmin etməyi və Agentin hazırladığı şərtlərlə müqavilələr bağlamağı öhdəsinə götürür. Prinsipal tərəfindən tələb olunan, satın alınmasını və ödənişin yerinə yetirilməsini Prinsipalın Agentə tapşırdığı mallara münasibətdə, X2 tərəfindən imzalanmış tapşırığı göndərir. Prinsipal tərəfindən tapşırığın imzalanması Agentin adından malların alınması və ödənişin həyata keçirilməsi üçün “Təchizatçı” SJS POTİ, A Division of SJS USA İNC (Gürcüstan) ilə Müqavilə bağlamaq üçün Prinsipaldan Agentə verilən tapşırığı, Prinsipalın Agentə kompensasiya təmin etmək, Prinsipalın tapşırıqlarına uyğun olaraq Agent tərəfindən alınmış malların tədarükü üçün gələcəkdə Müqavilə bağlamaq kimi qeyd-şərtsiz öhdəliyi, "xxxx" şirkəti ilə Şəxs şirkəti arasında bağlanmış müqaviləyə əsasən əməliyyatdan əldə edilən vəsaitdən istifadə olunarak Agent tərəfindən Prinsipalın tapşırığına uyğun olaraq malların alınması, Prinsipalın Agentə malların tədarükü üzrə öhdəliklərini ödəmək üçün Agentin adından "xxxx" şirkətinə olan borcunu ödəməsi, Prinsipala mallara çatdırılma ünvanı: RF, Moskva şəh., Volqoqradskiy prospekti, 42, bina 23-ü təsdiq edir. xx.xx.2022-ci il tarixli, 27 saylı etibarnaməyə əsasən "xxxx" şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə həmin səlahiyyətlər təsdiq edilmişdir. 10013160/151122/3552601 saylı gömrük bəyannaməsinə görə “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkəti və "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq Şəxs MMC-nin “Vasitəçi” olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022ci il tarixdə 58.823,67 ABŞ dollar dəyərində kosmetik məhsullar Rusiya Federasiyasına idxal edilmişdir. xx.xx.2022-ci il tarixli, 643DİP-031A-1 saylı müqaviləyə əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti Şəxs MMC-yə neft məhsulları satmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, 031A-268/1 saylı müqaviləyə əsasən Şəxs MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinə neft məhsulları satmağı öhdəsinə götürür. Şəxs MMC tərəfindən "xxxx" şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarda Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır. Şəxs MMC-nin "xxxx" ASC-dən olan hesabındakı çıxarışa görə "xxxx" şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə 55.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 9.000 ABŞ dolları, cəmi 64.000 ABŞ dollar pul məbləğində vəsait Şəxs MMC-nin hesabına köçürülmüşdür. Daha sonra həmin vəsaitdən xx.xx.2022-ci il tarixdə 43.886,43 ABŞ dollar pul “SJS POTİ, A DİVİSİON OF SJS USA İNC.” şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin sifarişi əsasında icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar