Məhkəmə qərarları › İş №3(006)-4930/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4930/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4930/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Protokol tərtib edən Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru - X1, Tələbkar - X2 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərədə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs MMC-nin (VÖEN: **********) rəhbəri X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 16(006)-268/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş öhdəlikləri heç bir üzrsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 16(006)-268/2023 saylı icra vərəqinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsimdə yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına çəkilmiş hasar sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsimdə yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına hasar çəkilməsi cavabdeh Şəxs MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Həmin icra vərəqəsi mənim icraatıma daxil olmuş, xx.xx.2023-cü il tarixində tərəfimdən icraata başlamaq haqında qərar qəbul olunmuş, borclu Şəxs MMC-yə tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqında qərar və bildiriş tərəfimdən Şəxs MMCnin rəhbərliyinə tədim olunmuş, icra vərəqəinin könüllü icra olunması təklif olunmuş, lakin Şəxs MMC-nin rəhbərliyi icra vərəqəsinin icra olunmasından imtina etmişdir. Daha sonra icra vərəqəsi tərəfimdən icra olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsimdə yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına çəkilmiş hasar sökülmüş, hasarın yenidən çəkilməsi cavabdeh Şəxs MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Buna baxmayaraq Şəxs MMC yenidən Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsimdə yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına hasar çəkmişdir. Bu səbəbdən tərəfimdən Şəxs MMC-nin rəhbəri (vəzifəli şəxs) X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC-nin rəhbəri barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X4 izahat verərək bildirdi ki, , icra vərəqəsi bir dəfə icra məmuru tərəfindən icra olunmuş və həmin hasar sökülmüşdür. Bundan 3 gün sonra yenidən həmin şirkət hasarı çəkmişdir. Bu barədə mən icra məmuruna məlumat vermişəm, lakin icr məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Hal-hazırda icra məmuru həmin şirkət barəsində protokol tərtib edib, həmin protokolu əsaslı hesab edirəm və təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və 253345/2023-5-6 saylı icra işini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin rəhbəri X5 Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 16(006)-268/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına çəkilmiş hasarın sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına hasar çəkilməsi cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(103)-477/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, cavabdeh Şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16(006)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərar, eyni tarixli tələbin könüllü icrası haqqında bildiriş və məlumatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-268/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir. 24.10.23-cü il tarixli Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, icra məmuru icra sənədi üzrə müəyyən olunmuş əraziyə baxış keçirmiş, borclunun nümayəndəsinə hasarın sökülməsini təklif etmiş, lakin borclunun nümayəndəsi tərəfindən qeyd olunan tələb yerinə yetirilməmişdir. Elektron İcra Sisteminin çıxarışından görünür ki, Şəxs MMC-nin VÖEN nömrəsi; **********, hüquqi ünvanı; Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza ev 75, Rəhbəri; X5 olmaqla, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda alınmışdır. Elektron İcra Sisteminin çıxarışından görünür ki, X5 (Şəxsiyyət vəsiqəsi: AA1025328, FİN: 53ZJVUN) xx.xx.1991-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə görə - fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə (akt, foto şəkillər və s.) sübuta yetirilmişdir ki, borclu Şəxs MMC-nin rəhbəri X5 vəzifəli şəxs qismində məhkəmə qərardadı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 16(006)-268/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Əksinə borclu Şəxs MMC məhkəmə qərardadı ilə qoyulan qadağaya baxçayaraq yenidən mübahisəli ərazidə hasar inşa etmiş və onu sökməkdən imtina etmiş, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşmışdır. Bununla da, Şəxs MMC-nin rəhbəri X5 vəzifəli şəxs qismində olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin rəhbəri X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci-cü maddəsi ilə təqsirli bilinməli və onun barəsində 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri xx.xx.1991-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar