Məhkəmə qərarları › İş №3(006)-4948/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4948/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4948/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X4 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədlərə əsasən X4 xx.xx.2023-cü il tarixdə, saat 10:33-də idarə etdiyi “Honda Pilot” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində dayanma və ya durma qaydalarının pozmasına, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsinə görə həmin tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Bu xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Eyni zamanda X4 şikayətində mübahisələndirilən qərarın 01 noyabr 2024-cü il tarixdə ona təqdim edildiyini qeyd etmişdir. Bununla bağlı müvafiq portaldan əldə olunmuş çıxarışdan görünür ki, X1 qərar “Asan SMS” sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı madəsinə müvafiq olaraq bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, şikayətçinin mübahisələndirdiyi qərardan xx.xx.2023-cü il tarixdə məlumatı olmuş və bu qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirilmişdir. Belə olan halda hesab edirəm ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar