Məhkəmə qərarları › İş №3(006)-4959/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4959/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4959/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17630427 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: O.V.Rəsulov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17630427 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun 10AS571 dövlət nömrə nişanlı maşınına xx.xx.2023-cü ildə EQ/17630427 saylı qərar ilə 20.00 azn cərimə yazılmışdır. Həmin cərimə haqqında ona indiyənədək heç bir protokol tərtib edilib verilməmişdir və o, maşının yanında olduğu halda heç bir xəbərdarlıq edilməmişdir. Maşınının şəkilləri digər bir maşından çəkilmişdir. Bu yazılan cərimə İXM-nin 122.1-124-cü maddələrinə əsasən qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi O.V.Rəsulov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, 01 dəqiqəlik avtomobildən düşüb marketə getmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi E.M.Qanbayev etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs O.V.Rəsulov xx.xx.2023-cü il tarixdə, saat 16:59 radələrində idarə etdiyi “MERCEDES-BENZ S350D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilİ Bakı şəhəri, Dilarə Əliyeva küçəsində “Durmaq qadağandır” 3.28 yol nişanının təsir dairəsində saxlamaqla inzibati xəta törətmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs O.V.Rəsulovun şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Sonuncu şikayət ərizəsində göstərmişdir ki, bu cərimə haqqında hazır vaxtda ona heç bir protokol tərtib edilib verilməmişdir və o maşının yanında olduğu halda heç bir xəbərdarlıq edilməmişdir. Bildirmişdir ki, Bakı şəhəri BPİ DYPİ-nin YPXA-na bilavasitə tabe olan YPX inspektoru tərəfindən aşkar edilərək AR DİN BDYPİ-nin X3 yerləşdirmişdir. Həmin vaxt çəkilən foto ilə xəta öz təsdiqini tapır və sürücünün avtomobilin yanında olması məyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsindəonun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə də hesab edir ki, xx.xx.2023-cü il tarixli EQ 17630427 nömrəli tənbeh vermə haqqında qərardan O.V.Rəsulov tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq barəsində qərar çıxarılmış fiziki şəxs O.V.Rəsulovun şikayətinin təmin edilməməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən O.V.Rəsulovun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17630427 nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 17630427 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, O.V.Rəsulov xx.xx.2023-cü il tarixdə, saat 16:59-da Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “MERCEDES-BENZ S350D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, O.V.Rəsulov xx.xx.2023-cü il tarixdə, saat 16:59-da Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “MERCEDES- BENZ S350D” minik markalı, **-AS-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 3.28 yol nişanın tələbini pozmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, O.V.Rəsulov xx.xx.2023-cü il tarixdə, saat 16:59-da Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “MERCEDES- BENZ S350D” minik markalı, **-AS-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, O.V.Rəsulov Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2023cü il tarixli, EQ 17630427 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə idarə etdiyi “MERCEDES-BENZ S350D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. O.V.Rəsulov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 122.1-124-cü maddələrinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin məhkəməyə təqdim edilmiş fotogörüntüdən də aydın olur ki, O.V.Rəsulov xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində idarə etdiyi “MERCEDES-BENZ S350D” minik markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni 3.28 “durmaq qadağandır” yol nişanının tələbini pozmuş, eyni zamanda avtomobili tərk edilmiş vəziyyətdə saxlamışdır. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, O.V.Rəsulov iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, O.V.Rəsulov Bakı şəhəri BPİ DYPİ tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17630427 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, O.V.Rəsulovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17630427 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar