Məhkəmə qərarları › İş №3(006)-4966/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4966/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4966/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan X1 tərəfindən verilmiş şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: X1 şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, protokola yenidən baxılmasını və xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, qeyd olunan şikayət aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 1129 ünvanında törədilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, X1 tərəfindən hazırkı şikayətə yaşadığı yer üzrə baxılması üçün vəsatət verilməmişdir. Belə olan halda aidiyyət normaları tətbiq edilməli və şikayət aidiyyəti üzrə müvafiq məhkəmədə (Bakı şəhəri Xətai Rayon Məhkəməsi) baxılması üçün göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 132.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə sadalanan normaların tələblərini, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarını nəzərə alaraq hesab edir ki, hazırkı inzibati xəta hadisəsi Bakı şəhəri Xətai rayon ərazisində törədildiyinə və şikayətçi tərəfindən şikayətə yaşayış yeri üzrə baxılması üçün vəsatət verilmədiyinə görə şikayət materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan X1 tərəfindən verilmiş şikayət materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar