Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4980/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24795942 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. O, göstərilən duracaqda yaxınlıqada yerləşən binanın sakini olduğu üçün ödənişsiz park yeri təyin olunmuş və hər gün avtomobilini orada saxlayır. Avtomobili parklama bir manevr hərəkəti olduğu üçün müddət tələb edir, yol hərəkəti qanunvericiliyində bu reqlament göstərilməmişdir. Belə ki, o, avtomobili arxaya verib duracaqdan çıxmaq üzrə olan avtomobilinin sürücüsünün hərəkətini başa çatdırmasını təxminən 02 dəqiqə gözləyərkən kamera onun idarə etdiyi avtomobilin görüntüsünü qayda pozuntusu kimi qeydə alımışdır. Həmin yer yolun hərəkət cərgəsi kimi yolun çiyni sayıla bilməz. Çünki, beton bordyurla öndən, arxadan və yandan yolun hərəkət zolağında ayrıca yerləşir və yolun hərəkət hissəsinin ikinci yox, birinci zolağıdır. Həmçinin o, məsələ ilə bağlı Bakı şəhəri X6 İdarəsinə şikayətlə müraciət etsə də, indiyə kimi heç bir yazılı cavab ala bilməmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli, EQ 22722223 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X3 bildirdi ki, o, duracağın 15 metr yaxınlığında yerləşən binada yaşayır və “Azparking” proqramında qeydiyyatdan keçdiyi üçün ödənişsiz hər gün öz avtomobili həmin duracaqda saxlayır. Barəsində qəbul edilmiş qərarda onun avtomobilini yolun hərəkət hissəsinin qadağan olmuş zolağında saxladığı qeyd olunsa da, qanunvericiliyin tələblərinə əsasən həmin duracaq genişləndirilmiş duracaqdır və o, yolun hərəkət zolağı sayılmır. Onun avtomobilini saxladığı yerdə heç bir qadağanedici nişan mövcud deyil. O, həmin günü avtomobilini orada saxlamaq istəyən zaman digər avtomobilin sürücüsünün duracağı tərk etdiyini gözləmiş, lakin həmin sürücü bir qədər ləngidiyi üçün o, avtomobildən yerə düşmüş və bunun səbəbini öyrənmişdir. Həmin sürücü də avtomobildə olan uşağın ayağının qapının arasında qaldığını və bu səbəbdən də bir qədər ləngidiyini bildirmişdir. O, barəsində qəbul edilmiş qərardan polis orqanına da şikayət etmiş, bu zaman polis əməkdaşı onun yol hərəkəti qaydalarını pozduğunu bildirmiş, ləngimədən avtomobilini vaxtında duracağa daxil etməli olduğunu söyləmiş və bununla bağlı ona məhkəməyə müraciət etmə tövsiyə olunmuşdur. Qanunvericiliyin tələblərinə görə hərəkət zolağının ikinci və bu cərgədən sonrakı zolaqlarda dayanma qadağandır. O isə öz avtomobilini yolun birinci zolağında təximinən 1-2 dəqiqə saxladığıdan sonra genişləndirilmiş duracaqda saxlamışdır. Hesab edir ki, onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2024-cü il tarixli, EQ 24795942 saylı inzibati tənbeh vermə haqqında qərarla Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində “Kia Sorento” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur; • Fotoşəkillərdən aydın olur ki, ehtimal olunan inzibati xəta hadisəsinin baş verdiyini ünvanda cərgə və zolaq görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, inzibati xəta hadisəsinin qeyd olunduğu yerdə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrin olması dəqiqləşdirilmədən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24795942 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24795942 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4980/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4980/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver