Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4985/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16750078 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətini və ona əlavə edilmiş materialları məhkəmədə baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16750078 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbehvermə qərardan və materiallardan inzibati xəta hadisəsinin törədilmə yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bundan başqa şikayətçi iş materiallarına onun Bakı şəhəri Nəsimi rayonu ərazisində qeydiyyatda olması və yaşamasına dair rəsmi sənəd əlavə etməmiş, həmçinin şikayət ərizəsinin Nəsimi rayonu ərazisində baxılmasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Qeyd olunanlara əsasən belə hesab edirəm ki, X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16750078 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16750078 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4985/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4985/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver