Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4986/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16756639 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətini və ona əlavə edilmiş materialları məhkəmədə baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16756639 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan və digər iş materiallarından inzibati xəta hadisəsinin törədilmə yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Həmçinin şikayətçi iş materiallarına onun Bakı şəhəri Nəsimi rayonu ərazisində qeydiyyatda olması və yaşamasına dair rəsmi sənəd əlavə etməmiş, şikayət ərizəsinə Nəsimi rayonu məhkəməsində baxılmasına dair vəsatət verməmişdir. Şikayət verən şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına dair məhkəmənin elektron sisteminin çıxarışından görünür ki, X1 rayonu, Heydər Əliyev prospekti ünvanında qeydiyyatdadır. Qeyd olunanlara əsasən belə hesab edirəm ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16756639 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 16756639 saylı, 07 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4986/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4986/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver