Məhkəmə qərarları › İş №3(006)-499/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-499/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-499/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru Əhmədov Rövşən Arif oğlunun Zərər çəkmiş şəxslər: Əlövsədova Təranə Nağı qızı, X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 09, mənzil 09-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-49/2019 saylı icra sənədi üzrə Şəxs tərəfindən yaşayış sahəsinin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevrilməklə (yuyucu) küçəyə açılmış qapılar bağlanılmalı, yaşayış sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Bununla bağlı borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Əhmədov Rövşən Arif oğlu izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-49/2019 saylı icra sənədinə əsasən ilkin iddia tələbi üzrə ünvan 1 ünvanında özbaşına aparılmış tikililər (Şəxs giriş qapısının qarşısında T.Orucova tərəfindən 1×3 metr ölçüdə inşa edilmiş əlavə tikili və Şəxs mənzilinə ümumi həyətdən olan giriş qapısının sol tərəfində, pəncərənin qarşısında T.Əlövsətova tərəfindən mişar daşı ilə bir ədəd sütün hörülərək üzərində 1,8×1,2 metr ölçüdə inşa edilmiş əlavə tikili) cavabdehlər X3 və Əlövsətova Təranə Nağı qızının hesabına sökülməli, eyni zamanda qarşılıqlı iddia tələbinə görə cavabdeh Şəxs tərəfindən yaşayış sahəsinin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevrilməklə (yuyucu) küçəyə açılmış qapılar bağlanılmalı, yaşayış sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Küçəyə açılmış qapılar bağlanılsa da, borclu Şəxs üzərinə düşən digər vəzifələri yerinə yetirmir, icra məmurunun qanuni tələblərinə əməl etməyərək yaşayış sahəsini əvvəlki vəziyyətə qaytarmır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahat verərək bildirdi ki, məhkəmənin qərarından narazıdır, onu icra etməyəcək, çünki maddi imkanı yoxdur. Şəxs isə yaşayış sahəsini əvvəlki vəziyyətə qaytarmaq üçün onu küçədən bərpa edə bilər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Əlövsədova Təranə Nağı qızı izahat verərək bildirdi ki, məhkəmənin qərarından xəbəri olmayıb, ondan narazıdır, imkanı yoxdur söküntü aparmağa. Şəxs isə öz öhdəliklərinin icrasına heç bir əngəl yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-49/2019 saylı qətnaməsi ilə öz üzərinə düşən öhdəliyi o halda yerinə yetirə bilir ki, verilmiş icra sənədi üzrə ilkin olaraq digər borclu şəxslər, yəni Təranə Orucova və Təranə Əlövsədova həmin məhkəmə qərarını icra etsinlər. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-49/2019 saylı qətnaməsinə görə ünvan 1 ünvanında onun giriş qapısının qarşısında T.Orucova tərəfindən 1×3 metr ölçüdə inşa edilmiş əlavə tikili və mənzilinə ümumi həyətdən olan giriş qapısının sol tərəfində, pəncərənin qarşısında T.Əlövsətova tərəfindən mişar daşı ilə bir ədəd sütün hörülərək üzərində 1,8×1,2 metr ölçüdə inşa edilmiş əlavə tikililər bu şəxslərin hesabına sökülməlidir. Eyni zamanda o da yaşayış sahəsinin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevrilməklə (yuyucu) küçəyə açılmış qapıları bağlamalı, yaşayış sahəsini əvvəlki vəziyyətə qaytarmalıdır. Küçəyə açılmış qapıları bağlamış, lakin bir neçə dəfə ustalar gətirsə də, yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması mümkün olmur. Çünki, bu sahənin girişinin qarşısında inşa edilmiş özbaşına tikililərə görə mənzilin həmin tərəfə olan qapısının açılması mümkün deyil və buna görə də içəri daxil olub təmir işlərinin aparılmasına imkan yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-49/2019 saylı icra sənədinin icrası olunmaması ondan asılı olmayan səbəblərə görə baş verir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 49/2019 saylı icra sənədindən görünür ki, ilkin iddia tələbi üzrə ünvan 1 ünvanında özbaşına aparılmış tikililər (Şəxs giriş qapısının qarşısında T.Orucova tərəfindən 1×3 metr ölçüdə inşa edilmiş əlavə tikili və Şəxs mənzilinə ümumi həyətdən olan giriş qapısının sol tərəfində, pəncərənin qarşısında T.Əlövsətova tərəfindən mişar daşı ilə bir ədəd sütün hörülərək üzərində 1,8×1,2 metr ölçüdə inşa edilmiş əlavə tikili) cavabdehlər X3 və Əlövsətova Təranə Nağı qızının hesabına sökülməli, eyni zamanda qarşılıqlı iddia tələbinə görə cavabdeh Şəxs tərəfindən yaşayış sahəsinin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevrilməklə (yuyucu) küçəyə açılmış qapılar bağlanılmalı, yaşayış sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Buradan belə aydın olur ki, Şəxs tərəfindən yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması üçün ilkin olaraq digər boclu olan şəxslər - X3 və Əlövsətova Təranə Nağı qızı onun mənzilinin qapısının qarşısında özbaşına inşa etdikləri tikililəri sökdüksən sonra Şəxs öz mənzilinə sərbəst daxil olaraq orada təmir-bərpa işlərinin aparılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar