Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5003/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Cəmsəddin oğlunun Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 62-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 3001/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs Cəmsəddin oğlunun uşağı xx.xx.2017-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü səhər saat 11:00-dan axşam saat 20:00-dək cavabdeh Şəxs iştirakı olmadan müəyyən edilmişdir. Lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, uşağın atası ilə ünsiyyətini təmin etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 3001/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs Cəmsəddin oğlunun uşağı xx.xx.2017-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü səhər saat 11:00-dan axşam saat 20:00-dək cavabdeh Şəxs iştirakı olmadan müəyyən edilmişdir. Lakin borclu Şəxs edilmiş xəbərdarlığa baxmayaraq o, icra sənədinin icrası ilə bağlı uşağın atası ilə ünsiyyətinə imkan yaratmır. Məhkəmə iclasında icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs Cəmsəddin oğlu izahatında bildirdi ki, Şəxs qızı Nursel ilə ünsiyyətlə bağlı heç bir problem yaratmayacağına söz verdiyi üçün ona qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə bu günə kimi aralarında olan problem öz həllini tapmışdır. Onun tərəfindən qızının atası ilə görüşməyi ilə bağlı hər hansı anlaşılmazlıq olmayacaq. Bu səbəbdən də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin Qeydhissəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5003/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5003/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver