Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5029/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ermənistan, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X14 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 20 avqust 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, , Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən hər ay, hər iki uşaqdan 150 manat aliment borclu Şəxs alınaraq tələbkara ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt icra sənədi üzrə yığılmış 16000 manat aliment borcunun ödənilməməsi, icra məmurunun qanuni tələblərini icra etməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X14 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-492/2023-020 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə borcluda İcra sənədinə əsasən hər ay, hər iki uşaqdan 150 manat aliment borclu Şəxs alınaraq tələbkara ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. X1 2016-cı ildə ərizə ilə müraciət edərək icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən 32700 manat borcun Şəxs tutulmasını xahiş etmişdir. Daha sonra aparılmış hesabalamalar zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə yığılmış 16000 manat aliment borcunun olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 3(006)-4880/2024 nömrəli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-96/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 05 dekabr 2024-cü il tarixli, 3(006)- 4880/2024 nömrəli qərarı ləğv edilmiş, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq tələbi təmin etməkdən boyun qaçırmaqdadır. Bu səbəbdən borclu barəsində MN ******* saylı protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun uşaqlarının hazırda 24 və 26 yaşları var. Tələbkar, uzun illər sonra aylıq alimentləri əsassız və qanunsuz olaraq tələb etmişdir. O, uşaqlarının balaca olduğu vaxtlardan bugünədək uşaqlarının bütün xərclərini ödəmişdir. Buna görə də, tələbkər heç nə tələb etməmişdir. Qızı üçün xonça yeri açmış, oğluna maşın almışdır. X5 müalicə (əməliyyat) xərclərini qarşılamışdır. Hazırda onun ailəsi ilə tələbkar arasında evlə bağlı mübahisə var, buna görə də tələbkar əsassız olaraq aliment borcu tələb edir. Hətta X1 2016-cı ildə ərizə ilə müraciət edərək icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Hazırda onun tələbkara hər hansı aliment borcu yoxdur. İcra sənədi üzrə heç bir borcu olmadığının nəzərə alınaraq inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X15 borclu ilə eyni məzmunlu izahat verərək, məhkəmə tərəfindən nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X1 çıxış edərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs Fərruh oğlundan xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2009-cu il tarixdən sabit pul məbləğində hər ay 150 manat aliment alınıb ona ödənilməliir. Qətnamə icraya yönəldiləndən sonra keçən 15 il ərzində borclu Şəxs Fərruh oğlu aliment ödəməyərək məhkəmə aktının icrasından yayınmış, icra şöbəsi tərəfindən isə icra sənədinin icrası ilə əlaqədar heç bir qanuni tədbir görülməmişdir. 2016-cı il tarixdə borclu alimenti ödəyəcəyinə dair ona yalan vəd vermiş, buna görə də o, icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə aliment borcunun ödənilməsindən yayınmışdır. Qeyd olunanlara əsasən məhkəmə qətnaməsinin icra olunmasını, borcun ödənilməsini tam ödənilməsini, əks halda Şəxs Fərruh oğlunun həbs edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Fərruh oğlundan yetkinlik yaşına çatmayan uşaqları 26 avqust 1999-cu il təvəllüdlü X4 və 17 dekabr 2001-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 avqust 2009-cu il tarixdən sabit pul məbləğində hər ay 150 (bir yüz əlli) manat aliment alınıb iddiaçı X3 xeyrinə verilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş icra sənədi üzrə X1nın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinin qanuna müvafiq icra olunmasını, 32700 manat borcun tam şəkildə bocludan tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 3(006)- 4880/2024 nömrəli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-96/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 05 dekabr 2024-cü il tarixli, 3(006)-4880/2024 nömrəli qərarı ləğv edilmiş, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 96/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmənin qənaətinə görə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici deyil, hazırki halda şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sübutla təsdiq olunmur, Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalara dair qanunvericiliyin sübutetməyə dair prinsip və müddəalarını heçə endirmiş olar və ədalətsiz hüquqi nəticələrə gətirib çıxarar, şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas olmadan, işin hallarına düzgün hüquqi qiymət verməməklə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətində göstərdiyi dəlillər məhkəmədə onun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Belə ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs həm icra şöbəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatlarında övladlarına daima dəstək göstərdiyi, maddi baxımdan sıxıntı çəkmələrinə imkan vermədiyini, lakin artıq xeyli müddət keçdiyindən bunu təsdiq edə biləcək qəbzləri, çekləri, eləcə də digər sübutları təqdim edə bilmədiyini qeyd etmişdir. Yuxarıda sadalanan halların fonunda X1nın xx.xx.2016-cı il tarixdə ərizə ilə Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək, müvafiq icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını xahiş etməsini, həmin icra sənədinin yenidən icraya yönəldildiyi xx.xx.2020-ci il tarixdən keçən 04 il ərzində alimentin ödənilməsi ilə bağlı heç bir tələb irəli sürməməsini, yalnız tərəflər arasında mənzil ilə bağlı mübahisəli mülki məsələ yarandıqdan sonra tələbkarın aliment öhdəliyinin icra edilməsini tələb etməsini, məhkəmə, Şəxs təqsirsizliyinə dəlalət edən hallar kimi qiymətləndirir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2988/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5029/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5029/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver