Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5033/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin Qanuni nümayəndə qanuni nümayəndəsi: Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, ev 41-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “Samsung A23” markalı telefonu dələduzluq yolu ilə ələ keçirərək talamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanda tanışı Zərərçəkmiş şəxs ona məxsus 400 manat dəyərində “Samsung A23” markalı telefonu danışmaq adı ilə almış, sonra onlar birlikdə həmin ünvanda yerləşən marketə girmiş və oradan o, sakitcə aralaşaraq telefonu ələ keçirib dələduzluq etmişdir. Şəxs vurulmuş zərəri ödəməmiş, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanda tanışı Şəxs ilə olarkən sonuncu ondan ona məxsus 400 manat dəyərində “Samsung A23” markalı telefonu danışmaq adı ilə istəmişdir. O da Elnura telefonu vermişdir. Sonra onlar birlikdə yaxınlıqda olan marketə girmişlər. Elnur da onun başının qarışıq olmasından istifadə edib oradan sakitcə çıxıb getmiş, telefonu da özü ilə aparmışdır. O, Elnurdan telefonunun qaytarılmasını istəsə də, sonuncu pula ehtiyacı olduğu üçün onu satdığını bildirmişdir. Ona vurulmuş zərər ödənilməmiş, Elnurdan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanda tanışı Zərərçəkmiş şəxs ilə olarkən pula ehtiyacı olduğundan onun telefonunu ələ keçirib satmaq fikrinə düşmüşdür. Bu məqsədlə guya danışmaq adı ilə ondan “Samsung A23” markalı telefonu istəmiş, Həmdi də telefonu vermişdir. Sonra onlar yaxınlıqda olan marketə girmiş, o da Həmdinin başının qarışıq olmasından istifadə edib marketdən sakitcə çıxmış və ələ keçirdiyi telefonu 80 manata satıb pulu öz ehtiyaclarına xərcləmişdir. Bir ay müddətində vurulmuş zərəri aradan qaldıra bilər. Valideynəri rəhmətə gedib, ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və video görüntülərə baxış keçirib belə nətcəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə müvafiq olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsində təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs təyin edilmiş inzibati tənbehin müddətinin əvvəli onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5033/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5033/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver