Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5037/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərarı qəbul etmiş qurum: Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 03, mənzil 29-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 02, mənzil 132-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərara görə Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 02, mənzil 132-də aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən döyüb itələməsi nəticəsində sonuncuya başın alın nahiyəsinin və sol bazunun qançırları xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 02, mənzil 132-də aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən döyüb itələməsi nəticəsində sonuncuya başın alın nahiyəsinin və sol bazunun qançırları xəsarətlərini yetirmişdir. Onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır, ailədaxili problemlərə əlaqədar boşanma ərəfəsindədirlər. xx.xx.2024-cü il tarixdə evdə olan zaman Ruslanla aralarında mübahisə baş vermiş və bu zaman Ruslanın onun üzərinə gələrək onu vurub itələməsi nəticəsində başından xəsarət almışdır. Hazırda Şəxslə barışmışdır. Məhkəmədə barəsində icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ildən evlidir, ailədaxili məsələlərlə bağlı tez-tez aralarında mübahisə olur. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə yenidən köhnə məsələlərlə bağlı söz-söhbət yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs itələməsi nəticəsində sonuncunun başı qapıya dəymiş və nəticədə başından xəsarət almışdır. Hazırda zərər çəkmişlə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1379 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin və sol bazunun qançırları küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir; • “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5037/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5037/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver