Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5046/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi R.A.Səfərov ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixdə, saat 13:42-də idarə etdiyi **-SU-*** dövlət nişanlı “KİA” markalı avtomobilinə aid qayda pozuntusu ilə bağlı asanpay sms vasitəsi ilə telefonuna xəbərdarlıq almışdır. Protokolla tanış olmaq üçün asan kabinetinə daxil olaraq barəsində protokolun kobud şəkildə və prosessual qaydaların pozulması ilə tərtib edildiyini görmüşdür. Belə ki, hərəkətdə olan qayda pozuntusunun videogörüntüləri onun elektron kabinetinə yerləşdirilməmiş və şəkillərdə avtomobilin nömrəsi bulanıqdır. O, bununla bağlı Qanunla müəyyən olunmuş vaxt ərzində BDYP idarəsinə müraciət edərək həmin protokoldan narazılığımı bildirmişvə xx.xx.2023-cü il tarixdə məsələni araşdırmaq üçün BŞDYP idarəsinə getmişdir. İnzibati işlər üzrə inspektor gətirdiyi dəlilləri qəbul etməmiş və nəticədə onlardan xx.xx.2023-cü il tarixdə çap olunmuş qərarı əldə edərək məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.A.Səfərov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi xx.xx.2023-cü il tarixdə, saat 14:58 radələrində Nəsimi rayonu, R.Behbudov və N.Şahbazov küçələrinin kəsişməsində “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və avtobus yolu ilə hərəkət etmişdir. Bu halı təsdiq edən şəkillərdə mövcuddur. Şikayətçinin ərizəsində və məhkəmə iclasında göstərdiyi hallar yalnız məsuliyyətdən yaxa qurtarmaq üçündür. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 17033923 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.A.Səfərov xx.xx.2023-cü il tarixdə, saat 14:58 radələrində Nəsimi rayonu, R.Behbudov və N.Şahbazov küçələrinin kəsişməsində “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş nəticədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materillarında olan foto-şəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində Nəsimi rayonu, R.Behbudov və N.Şahbazov küçələrinin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyərək, “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və avtobus yolu ilə hərəkət etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi R.A.Səfərov xx.xx.2023-cü il tarixdə, saat 14:58 radələrində Nəsimi rayonu, R.Behbudov və N.Şahbazov küçələrinin kəsişməsində “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və avtobus yolu ilə hərəkət etmişdir. Bu səbəbdən də, R.A.Səfərov barəsində xx.xx.2023-cü il tarix saat 13:40-da inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, şikayətçi R.A.Səfərovun xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, R.Behbudov və N.Şahbazov küçələrinin kəsişməsində “Kia Picanto” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi iş materiallarında olan foto-şəkillə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:58-də törədilən inzibati xətaya dair qərar məhz real vaxt rejimində, yəni 24 saat keçmədən xx.xx.2023-cü il tarix saat 13:40-da qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan R.A.Səfərovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17033923 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5046/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5046/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver