Məhkəmə qərarları › İş №3(006)-5060/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5060/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5060/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu 21-ci polis bölməsinin polis sahə inspektoru tərtib etmiş şəxs: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2001-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 11, mənzil 42-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə sosial şəbəkədən istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi, ev 34-də yaşayan Zərərçəkmiş şəxs yaxta icarəsi adı ilə sonuncuya məxsus 157 manat pulu dələduzluq yolu ilə ələ keçirərək talamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin polis sahə inspektoru X3 izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, ev 34-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə “102” zəng xidmətinə və 21-ci polis bölməsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tapdığı “yaxta.icarəsi” adlı səhifə ilə əlaqə saxlayan zaman yaxta kirayə götürmək üçün ona göndərilən "xxxx" ASC-yə məxsus 5239 1517 1301 0661, 5239 1517 7862 4349 və 5239 1517 5833 6179 saylı hesablara mobil telefon tətbiqi vasitəsilə ümumilikdə 157 manat pul göndərmiş, lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2024cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra dələduzluq edən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “yaxta.icarəsi” adlı səhifəyə xx.xx.2024-cü il tarixdə qardaşının ad günü şənliyini qeyd etmək üçün yaxta kirayə götürmək istədiyini yazmış, səhifənin “admin”i ilə əlaqə saxlayan zaman xidmət haqqı olaraq 140 manata razılaşmışdır. xx.xx.2024-cü il tarixdə, saat 13:15-də ona göndərilən "xxxx" ASC-yə məxsus 5239 1517 1301 0661 saylı karta 40 manat, saat 13:53-də 5239 1517 7862 4349 saylı karta 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:59-da isə 5239 1517 5833 6179 saylı karta 17 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə bulvara gedərək 055 ***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, lakin telefon sönülü olduğundan əlaqə saxlaya bilməmişdir. Bundan sonra ona qarşı dələduzluq olunduğunu anlamışdır. Hazırda vurulmuş ziyan ödənildiyindən Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində istifadəsində olan “yaxta.icarəsi” adlı səhifə vasitəsilə tanımadığı şəxs onunla əlaqə saxlamış və yaxta icarə götürmək istədiyini bildirmişdir. O da həmin şəxslə razılaşmış və üç ədəd hesab nömrəsini göndərdikdən sonra sonuncu ümumilikdə 157 manat pulu həmin hesablara köçürsə də, həmin şəxsə yaxta icarəyə verilməmiş, pulu ələ keçirilmişdir. Zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar