Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5072/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Qax Rayon Prokuroru vəzifəsini icra edən X1 Nazirliyinin qəbul etdiyi 11 dekabr 2024-cü il tarixli qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: Qax Rayon Prokuroru vəzifəsini icra edən Camal Bağırov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səhiyyə Nazirliyinin qəbul etdiyi 11 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Qax Rayon Prokuroru vəzifəsini icra edən Camal Bağırov inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, inzibati tənbeh vermə haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə və kim tərəfindən qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, Qax Rayon Prokuroru vəzifəsini icra edən X1 Nazirliyinin qəbul etdiyi 11 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Qax Rayon Prokuroru vəzifəsini icra edən X1 Nazirliyinin qəbul etdiyi 11 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5072/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5072/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver