Məhkəmə qərarları › İş №3(006)-508/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-508/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-508/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət vermiş şəxs: X4 iştirakları ilə X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir və etibarnamə əsasında bu avtomobilin idarə etmək hüququ onun arvadı X3 verilmişdir. Bakı Nəqliyyyat Agentliyinin avadanlıqdan istifadə edərək fotosunu çəkdiyi sözügedən avtomobilin idarəetmə səlahiyyəti onda olmamışdır. Göründüyü kimi, o, törədilmiş inzibati xətanın subyekti olmamışdır. Belə ki, hər hansı şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tuutlmuş hərəkətlərin, yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı, bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin buna baxmayaraq onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda qanunvericiliyin tələbləri pozulmuş, barəsində tətbiq olunmuş inzibati xəta haqqında protokol və qərar ona vaxtında rəsmi qaydada təqdim olunmamışdır. Qərar qəbul edilərkən ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olması barədə qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ona bu cərimə barədə xəbərdarlıq gəlməmiş, yol polisi əməkdaşları onu saxlamamış, sözügedən qərardan yalnız sürücülük vəsiqəsini dəyişdirmək istəyəndə xəbərdar olmuşdur. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 xx.xx.2019-cu il tarixdə, saat 11:14 radələrində "xxxx" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir; • "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11/2024 saylı arayışa görə MMC-yə məxsus “Kia” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmə hüququ yol vərəqəsi əsasında xx.xx.2019-cu il tarixdən hazıradək X2 olmuşdur. Beləliklə müəyyən edilir ki, "xxxx" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Meqalizinq“ MMC-nin mülkiyyətindədir və bu avtomobil yol vərəqəsi əsasında xx.xx.2019-cu il tarixdən hazıradək idarə edilməsi üçün X3 verilmişdir. Belə olan halda həmin nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə X6 tərəfindən idarə olunub-olunmamasını hazırki mərhələdə müəyyən etmək mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.6-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar