Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5081/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 iştirakı ilə X2 X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə 1.700 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, bu qərar qanunsuz və əsassızdır. Belə ki, Əmək Müfəttişliyinə şikayət vermiş X4 iddia edir ki, o, fasiləsiz olaraq 05 il müddətində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyinə görə onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmalı idi. Lakin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 11 avqust 2022-ci il tarixli, M-998 nömrəli əmri ilə Bakı şəhəri 106 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmiş və X4 Bakı şəhəri 163 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsi ona şamil edilə bilməz. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 26 avqust 2024-cü il tarixli, 3-29-59-31 nömrəli əmri ilə bu əmək müqaviləsinə xitam verilmişdir. 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Xəyalə Əhmədzadə olmuş və əmr onun tərəfindən imzalanmışdır. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsi qanunvericilik ilə ziddiyyət təşkil edir. Eyni zamanda inzibati protokola baxılması ilə əlaqədar iclas xx.xx.2024-cü il tarixə təyin olunmasına baxmayaraq protokola baxılması ilə əlaqədar dəvət məktubu İdarəyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və onun iştirakı təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, iclasa şikayətçi və qərarı qəbul etmiş qurumun nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri X3 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, M-998 saylı “Əmək müqaviləsinə xitam verilməsi və işə təyin barədə” əmrə görə Bakı şəhəri 106 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmiş, R.Hacızadə Bakı şəhəri 163 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 ştat vahidi ilə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir; • Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, müdir vəzifəsini müvəqqəti icra edən Xəyalə Əhmədzadə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-59/3-1-1269K/2024 saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6cı bəndi rəhbər tutularaq Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir; • X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq həmin müqaviləyə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbi pozularaq xx.xx.2024-cü il tarixdə xitam verildiyi üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilsə də, bu qərarda iddia edilən pozuntu, yəni X4 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbi pozularaq xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair əmr həmin dövrdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Xəyalə Əhmədzadə tərəfindən verilmişdir. Beləliklə faktla bağlı X1 xətanın subyekti olmadığından onun məsuliyyətə cəlb edilməyi qanunsuz olmuşdur. Bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5081/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5081/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver