Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5083/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 02 noyabr 2024-cü il tarixli, EQ 24478036 nömrəli və 18 noyabr 2024-cü il tarixli, EQ 24671913 nömrəli qərarlarından verdiyi şikayətini məhkəmədə baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin 02 noyabr 2024-cü il tarixli, EQ 24478036 nömrəli və 18 noyabr 2024-cü il tarixli, EQ 24671913 nömrəli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, fərqli vaxtlarda törədilmiş müxtəlif inzibati xətaya görə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrıayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Baş Dövlət Yol Polisi İdarəsinin 02 noyabr 2024-cü il tarixli, EQ 24478036 nömrəli və 18 noyabr 2024-cü il tarixli, EQ 24671913 nömrəli qərarlarından verdiyi şikayəti geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5083/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5083/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver