Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5084/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati xəta haqqında İXP ******* saylı, 12 avqust 2025-ci il tarixli protokolunun ləğv edilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM X3 ərizə ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı, 12 avqust 2025-ci il tarixli protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Göründüyü kimi F.Hacıbababəyov öz ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın yox, həmin qərarın qəbul edilməsi üçün əsas olan inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnu nəzərdə tutmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnu nəzərdə tutulduğu halda X3 hazırki iş üzrə şikayət ilə deyil ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı, 12 avqust 2025-ci il tarixli protokolun ləğv edilməsinə dair X1 ərizəsi geri qaytarılmalı və F. Hacıbababəyova göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati xəta haqqında İXP ******* saylı, 12 avqust 2025-ci il tarixli protokolunun ləğv edilməsinə dair X3 tərəfindən verilmiş ərizə baxılmadan geri qaytarılsın. X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-5084/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5084/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver