Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5103/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında borcludan hər iki 2(029)-826/2021 saylı, 2(029)-783/2021 saylı icra sənədləri üzrə borcun ödənilməsi tələb edildi, borclu borcunu ödədiyini bildirsədə, tələbkarlar ödənilmədiyini bildirdi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.İ.Şıxəliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-783/2021 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı V.M.Dadaşova ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu həmin bildirişi xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Borcluya icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmiş, borcluya icra şöbəsinə gəlməsi ilə bağlı sms bildiriş göndərilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu həmin bildirişi xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Borcluya icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmiş, borcluya icra şöbəsinə gəlməsi ilə bağlı sms bildiriş göndərilmişdir. Bundan sonra eyni borclu barəsində icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borcluya icra sənədlərinin icrası barədə xəbərdarlıq edilmişdir. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri üzrə borclu Şəxs dair hissədə ümumi icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya sms bildiriş göndərilmiş, borclunun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, tələbkar G.N.Məmmədova icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin tam icra edilməsini xahiş etmişdir. Bundan sonra borclu Nəsimi rayon icra şöbəsinə izahat yazaraq Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri üzrə borc məbləğlərini tam şəkildə ödədiyini bildirmişdir. Bundan başqa, borclunun barəsində 24 avqust, 01 sentyabr və 16 oktyabr 2023-cü il tarixlərdə axtarış elan edilmişdir. Həmçinin borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması yoxlanılmış, lakin heç bir mülkiyyət aşkar edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Hazırda borclunun ödənilməmiş 1.230 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru R.İ.Şıxəliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icraatdadır, borclu icra şöbəsinə dəvət edilərək izahatı alınmış və borclu könüllü şəkildə tələbkara ödənişlər etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədindən məlumatlıdır. İcra sənədləri üzrə 2 tələbkar olmuşdur, 1 tələbkara tam ödəniş etmiş, digər tələbkara isə 3.600 manat borcdan 1.230 manat borcu qalmışdır. Hal-hazırda o borcuda aybaay sabit şəkildə ödəyir. Borcunu hissə-hissə ödəməsinin səbəbi maddi vəziyyətinin yaxşı olmamasıdır. Belə ki, sonuncu ödənişi oktyabr ayında etmişdir. Göstərilənləri, icra sənədinin icrasından qərəzli şəkildə yayınmamasını, borcunu hissə-hissə ödəməsini, qadın olmasını və maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə və vəkil Nümayəndə izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs vaxtlı-vaxtında icra sənədi üzrə ödənişlərini edir, borcunu tam ödəməməsinin səbəbi maddi vəziyyəti ilə bağlıdır. Borclunun icra sənədinin icrasından yayınmasını göstərən hal yoxdur. Göstərilənləri, borclunun icra sənədinin icrasından qərəzli şəkildə yayınmamasını, borcunu hissə-hissə ödəməsini, qadın olmasını və maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X2 öz izahatında göstərmişdir ki, borclunun ona 380 manat məbləğində borcu qalmışdır. O borcunun tam ödənilməsində maraqlıdır, borclu tərəfindən ona sonuncu dəfə oktyabr ayında olmuşdur. Hal-hazırda maddi ehtiyacı olduğu üçün borcun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-783/2021 saylı icra sənədindən görünür ki, Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı V.M.Dadaşova ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-826/2021 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qusar rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qusar rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, borclu Şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)- 783/2021 saylı icra sənədindən görünür ki, Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı G.N.Məmmədovaya ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-783/2021 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qusar rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qusar rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, borclu Şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan eyni borclu barəsində icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)- 826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri üzrə borclu Şəxs dair hissədə ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan 24 avqust, 01 sentyabr və 16 oktyabr 2023-cü il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)- 783/2021 saylı icra sənədləri üzrə borc məbləğlərini tam şəkildə ödədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-783/2021 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı V.M.Dadaşova ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu həmin bildirişi xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Borcluya icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmiş, borcluya icra şöbəsinə gəlməsi ilə bağlı sms bildiriş göndərilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu həmin bildirişi xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Borcluya icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmiş, borcluya icra şöbəsinə gəlməsi ilə bağlı sms bildiriş göndərilmişdir. Bundan sonra eyni borclu barəsində icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borcluya icra sənədlərinin icrası barədə xəbərdarlıq edilmişdir. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)-783/2021 saylı icra sənədləri üzrə borclu Şəxs dair hissədə ümumi icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya sms bildiriş göndərilmiş, borclunun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, tələbkar G.N.Məmmədova icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin tam icra edilməsini xahiş etmişdir. Bundan sonra borclu Nəsimi rayon icra şöbəsinə izahat yazaraq Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-826/2021 saylı və 2(029)- 783/2021 saylı icra sənədləri üzrə borc məbləğlərini tam şəkildə ödədiyini bildirmişdir. Bundan başqa, borclunun barəsində 24 avqust, 01 sentyabr və 16 oktyabr 2023-cü il tarixlərdə axtarış elan edilmişdir. Həmçinin borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması yoxlanılmış, lakin heç bir mülkiyyət aşkar edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Hazırda borclunun ödənilməmiş 1.230 manat borcu qalmışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlakının yoxdur və borcun tam ödənilməsində maraqlıdır. Bundan başqa, borclunun borcunu tam ödəməyə maddi imkanı yoxdur, indiyənədək hissəhissə ödənişlər etmişdir və hazırda 1.230 manat qalıq qalmışdır. Göründüyü kimi, hazırda sözügedən icra sənədi üzrə borc Şəxs tərəfindən hissəhissə ödənildiyindən və borcun ödənişindən yayınmadığından həmin icra sənədinin sonuncu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5103/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5103/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver